Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslan Əliyev: “Tarif dəyişməsi hansısa müəssisənin gəlirlərinin artırılması üçün hesablanmır”

"Tarif dəyişməsi ümumilikdə “Azəriqaz”ın pərakəndə satışında baş verməyib. Bu, topdan satış qiymətlərində baş verib".

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, tariflərin dəyişməsi hansısa müəssisənin gəlirlərinin artırılması üçün hesablanmır: “Tarif elə seçilir ki, burada vətəndaşa daha çox ziyan dəyməsin. Həmin tarifdə istehsalat müəssisələrinin xərclərinin hamısının minimuma endirilməsi nəzərə alınır. Minimum xərclərlə minimum tarifə baxılır ki, vətəndaş tarif dəyişikliyindən çox əziyyət çəkməsin. Bütün bunların hamısı hesablanır”.

R. Əliyev bildirib ki, burada hər hansı müəssisəsnin gəlirə çıxması və ya gəlirinin artmasından söhbət getmir: “Ancaq bu xərclər də elə formada olmalıdır ki, burada həm neft-qaz çıxaran müəssisələr, həm pərakəndə satışı həyata keçirən müəssisələr bu şəbəkəni saxlaya və idarə edə bilsinlər”.

O qeyd edib ki, bu gün təkcə “Azəriqaz” İstehsalat Birliyinin 72 min kilometr boru kəməri var: “2 milyon 400 min abonenti mövcuddur. Bu gün Azərbaycanda təbii qazın dəyərindən başqa bütün xidmətlər ödənişsizdir. İstənilən vaxtı abonent zəng edərək qaz avadanlığına, sayğaca baxılmasını, sızmanın aradan qaldırılmasını, xəttin və ya boru kəmərinin dəyişdirilməsini ödənişsiz həyata keçirə bilər.

Texniki şərtin verilməsi, hətta yeni tikilən binalarda da sayğacların quraşdırılması ödənişsiz olub. Bir daha deyim ki, qazın dəyəri istisna olmaqla, bütün bunlar xidməti ödənişdir. Tarif dəyişikliyinə baxılarkən də həmin xərclər ildən ilə minimumlaşır ki, bu tarif artımında vətəndaşın və əhalinin üzərinə daha çox yük düşməsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar