Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Belarusa hücum etsə Rusiya onu necə qoruyacaq...

Ötən gün oktyabrın 21-də Moskvada Rusiya və Belarus müdafiə nazirliklərinin birgə kollegiyası keçirilib. virtualaz.org xəbər verir ki, mövzu NATO-nun “Belarusa qarşı artan təhdidləri fonunda” iki ölkənin birgə müdafiə doktrinasının işlənib hazırlanması idi. Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, yeni hərbi doktrina “kollektiv Qərbin sistemli təzyiqlərinə” cavabdır. Sənəd hazırdır, amma çap edilməyib, tezliklə onu Rusiya-Belarus İttifaq dövlətinin (Belarusa qarşı qərbdən təzyiqlərin artması bu ittifaq dövləti layihəsini canlandırıb, -müəl.) dövlət şurası təsdiqləyəcək.

Rusiya müdafiə nazirinin bu bəyanatı NATO müdafiə nazirlərinin danışıqları ərəfəsinə təsadüf edib. Həmin iclasda “Avroatlantik regionunda çəkindirmə və müdafiə konsepsiyası”nın razılaşdırılması planlaşdırılıb, sənədin Rusiyaya qarşı yönəldiyi bildirilir.

“Biz Rusiyanı XXI əsrin ən böyük təhdidi hesab edirik və onunla necə mübarizə aparmağın yollarını axtarırıq”, - Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib. Onun bəyanatından “Reuters” sitat gətirir.

Almaniyanın müdafiə naziri Annegert Kramp-Karrenbauer isə “Deutschlandfunk “ radiosunun efirində bildirib ki, NATO zərurət yaransa Rusiyaya qarşı silah tətbiq etməyə hazır olduğunu ona nümayiş etdirməlidir. “Heç kim alyansın Baltik və Qara dəniz regionundakı tərəfdaşlarına hücum imkanlarını nəzərdən keçirməli deyil”, - o bildirib.

Müdafiə nazirinin sözlərinə görə, Moskva sistemli şəkildə həmin NATO ölkələrinin hava sərhədlərini pozur, ona görə də alyans üzvlərinin müdafiəsinə xüsusi diqqət ayrılmalıdır. Nazir habelə Rusiyanın alyans üzvlərinə qarşı sistemli kiberhücumlar həyata keçirdiyini, Belarusla Avropa İttifaqı sərhədlərində miqrant böhranı yaratmağa çalışdığını deyib.

Beləliklə, NATO-Rusiya münasibətləri aşkar şəkildə qarşıdurma mərhələsinə keçir və tərəflər bir-birinə qarşı mübarizə taktikasını ölçüb-biçirlər. Əlbəttə, Rusiyanın öz hərbi doktrinası mövcuddur və indiki halda Belarusla birgə hərbi doktrinanın hazırlanması Moskvanın alyansa qarşı Qərb cəbhəsində səfərbərlik niyyətini göstərir.

Rusiyalı hərbi ekspert Viktor Litovkinin fikrincə birgə hərbi doktrina bir növ ideoloji sənəddir. Bu sənəddə təhdidlər təsvir olunur, birgə müdafiənin prinsipləri və real döyüş əməliyyatlarının başlayacağı təqdirdə atılacaq birgə addımlar müəyyən edilir. Həmin sənəd imzalanandan sonra iki ölkənin silahlı qüvvələri onun əsasında fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Rusiya uzun müddət Belarus ərazisində öz hərbi bazalarını yaratmaq istəyib, amma əvvəllər Lukaşenko Qərblə Moskva arasında manevrlər edəndə bu bazaların yaradılması planlarına qarşı qəti şəkildə qarşı çıxırdı. Bəs indi necə olacaq, birgə hərbi doktrina bu planları yenidən aktuallaşdıracaqmı?

Litovkinə görə, Rusiyanın Belarusda hərbi bazalar açması sırf hərbi səbəblərdən arzuolunandır. Bu bazalar hərbi əməliyyatlar teatrını birlikdə öyrənməyə, qoşunların tətbiqi planlarını işləyib hazırlamağa imkan verər. Amma Lukaşenko da öz xalqına vəd edib ki, heç vaxt ölkə ərazisində xarici hərbi baza olmayacaq. Bu baxımdan ekspert hesab edir ki, birgə hərbi doktrinada Belarusda hərbi bazaların yaradılması nəzərdə tutulmayacaq. Belarus elə də böyük ərazi deyil və ona hücum edilsə Rusiya öz ərazilərinin dərinliklərindən-Smolenskdən tutmuş Kalininqrada qədər, cavab verə bilər. “Yəni qoy əvvəl belaruslular müdafiə olunsunlar, sonra biz köməyə gələrik”,-ekspert “Svobodnaya pressa”ya deyir.

Bəs Belarusdakı daxili siyasi vəziyyət hərbi amilə çevrilsə necə? Nəzəri olaraq NATO hücum etsə Lukaşenkonun əleyhdarları onları gül-çiçəklə qarşılaya bilərmi?

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar Mərkəzinin eksperti Mixail Aleksandrov bununla bağlı deyir ki, hazırda Rusiya Müdafiə Nazirliyi daha çox hibrid müharibə taktikasına üstünlük verir. Qərbdə isə hibrid müharibə çoxdan aparılır. Bura kiberəməliyyatlar, informasiya hücumları, daxili müxalifətin siyasi sistemi laxlatmaq üçün istifadə edilməsi daxildir. Bu tendensiyalar həm Rusiyada, həm Belarusda müşahidə edilir. “Bu mühüm qarşıdurma elementi də doktrinada əks olunmalıdır. Qərbin Donbassa, Minsk razılaşmasına, Krıma qarşı hibrid müharibəsinə Belarus heç cür müqavimət göstərmir. Minsk istəyir ki, Moskva onun təhlükəsizliyini təmin etsin, amma özü bizə təhlükəsizliyin təmin olunmasında kömək etmək istəmir”, - ekspert deyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar