Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

HHQ komandanı: "Müharibənin birinci günü ermənilərin hava hücumundan müdafiə sisteminin 60 faizi məhv edildi"

"Azərbaycanın bütün qoşun növləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi başlayan ilk gündən sonuncu günədək bütün tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib".

Bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov “Report”un sualını cavablandırarkən deyib.

O bildirib ki, HHQ-yə müharibənin birinci günündən digər dövlət qurumları, xüsusən də Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə düşmənin hava hücumundan müdafiə sisteminin məhv olunması və Azərbaycanın hava üstünlüyü qazanması ilə bağlı xüsusi tapşırıq verilmişdi.

“Biz bunu icra etdik. Müvəffəqiyyətlə döyüş tapşırıqları yerinə yetirildi. Erməni ekspertləri və mütəxəssisləri də qeyd edirlər ki, müharibənin birinci günü onların hava hücumundan müdafiə sisteminin 60 faizi məhv edilib. Bunun nəticəsində isə bütün mövcud olan vasitələrimizlə - təyyarə, helikopter, zərbə dronları, DSX-nin “Harop”, “Sky Striker” zərbə dronları ilə düşmənə sarsıdıcı zərbələr endirildi, onların döyüş imkanları zəiflədildi, müqaviməti azaldıldı. Bunun nəticəsində isə bizim xüsusi təyinatlılarımız və Quru Qoşunlarımızın hücuma keçməyinə əlverişli şərait yarandı", - HHQ komandanı bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ən çox oxunanalar