Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Virusu məktəblərdə müəllimlər yayır" iddiası - reaksiyalar

DİN rəsmisi: “Həmin məlumatlar Daxili İşlər Nazirliyinə verilsin”; ekspert: “Bu qədər vaksin olunanların fonunda xəstəlik artırsa, demək...”

Son dövrlər koronavirusa yoluxma sayında artımlar vaksinasiyanın effekt verməməsi kimi iddiaları ortaya çıxarıb. Həkimlər isə bu iddiaları qəbul etmir, yoluxmanın artmasını insanların saxta COVİD pasportları alması ilə əlaqələndirirlər.

Yada salaq ki, Baş ProkurorluqDaxili İşlər Nazirliyi tibb müəssisələrində pul müqabilində vətəndaşlara saxta COVİD-19 pasportu verilməsi ilə bağlı əməliyyatlar keçirib, cərimələr edib. Bu yoxlamalar davam etdirilir. Bununla belə, son günlər - məktəblər, universitetlər açıqldıqdan sonra xəstələnənlərin sayının artması ilə müxtəlif fikirlər səsləndirilir. İddia olunur ki, saxta COVİD pasportu alanlar sırasında xeyli müəllimlər var. 20 saylı məktəbdə 10-dan çox müəllimin koronavirusa yoluxması bu iddialarda gerçəklik payının olduğunu təsdiqləyir. Bəs görəsən, bu iddialar nə dərəcədə həqiqəti əks etdirir?

Yeri gəlmişkən, hazırda Azərbaycanda fəaliyyət göstərən 4435 məktəbdə 85626 sinif var. Sentyabrın 22-də ənənəvi tədris bərpa olunandan sonra 280-ə yaxın sinif və 4 məktəb COVİD-19-a yoluxma faktına görə distant təhsilə keçib. Bəzi universitetlərdə də qruplar şəklində tədris distant olaraq davam etdirilir.

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı sualımıza Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev cavab verib:

“Səsləndirilən iddialarla bağlı diqqətə çatdırım ki, Azərbaycan təhsil müəssisələrində çalışan müəllimlərin saxta COVİD pasportu alması haqda bizdə hər hansı məlumat yoxdur. Kimdəsə bu barədə məlumat varsa, bu məlumat müvafiq qaydada yoxlanıla bilər. Təklif edirik ki, həmin məlumatlar Daxili İşlər Nazirliyinə verilsin. Bu məlumatları verməklə həmin şəxs vətəndaşlıq nümunəsi gəstərməklə pandemiyaya qarşı dövlətin səfərbər etdiyi qayda və tələblərə öz töhfəsini vermiş olar. Cəmiyyət, insanlar doğru-dürüst yaşamağı müəllimdən öyrənir. Müəllimlər bu addımı atarmı?! Atmaz...”

Qeyd edək ki, müəllimlərin saxta COVİD pasportu almaları ilə bağlı iddianı irəli sürənlərdən birinin də deputat Etibar Əliyev olduğu bildirilir. Bununla belə, deputat öz sosial şəbəkə hesabında mediada yayılan xəbərləri təkzib edib, qeyd edib ki, xəbər onun adından yanlış yayılıb.

Kamran Əsədov

Bizimlə söhbətdə təhsil üzrə ekspert Kamran Əsədov da mövzu ilə fikir bildirib: “Çox təəssüf ki, Azərbaycanda COVİD pasportunu saxta yollarla əldə edənlər var. Bunların arasında bütün sahədə çalışanlar var - özəl sahədə də, dövlət sahəsində də. Məhz bugünkü yoluxma rəqəmlərinin artması bunu deməyə əsas verir. Digər tərəfdən, hüquq-mühafizə orqanları mütəmadi olaraq xəstəxanaların, poliklinika əməkdaşlarının bu qanunsuz əməllərini ifşa edirlər. Biz bilmirik, məsələn, kimlər COVİD pasportunu pulla alıb, kimlər vaksin vurdurub. Real rəqəmlərə baxsaq, 4 milyondan çox insan ikinci doza vaksin vurdurub. 9 milyondan çox birinci doza vaksin vurdurub. Bu rəqəmlərin hər biri ölkədə vaksinasiyanın normal getdiyini, insanların vaksin olunduğunu göstərir. Bu, rəsmi rəqəmlərdir. Amma bu rəqəmlərin fonunda yenə də təhlükəli tendensiya davam edirsə, bunun üzərində düşünmək lazımdır. Nəzərə alsaq ki, ölkədə 18 yaşdan yuxarı əhalinin 90 faizə qədəri vaksin olunub. Yalnız azsaylı uşaqlar qalıb. Rəqəmlərə baxsaq, bu gün yaşı 6-18 olan uşaqların sayı 1.6 milyondur. Digər azyaşlıları da bura şamil etsək, ümumilikdə 2 milyon yarım, maksimum üç milyon insan on səkkiz yaşdan aşağıdır. Amma yerdə 5 milyondan çox insan təbii ki, 18 yaşdan yuxarıda olanlar vaksin olunublar. Bunun fonunda əgər rəqəmlər artırsa, bəli, kimlərsə bu vaksini saxta yollarla əldə ediblər. Yekunda belə xoşagəlməz tendensiya var”.

Ekspert əlavə edib ki, bütün hallarda saxta COVİD pasportunu almanı hər hansısa bir peşə ilə əlaqələndirmək olmaz: “Bunu müəllim də, polis də, vergi müfəttişi də, icra nümayəndəsi də edə bilər. Bütün fəaliyyət sahəsində çalışanlar bunu edə bilərlər, burada səbəbkar, günahkar müəllim, ya da vergi müfəttişi deyil. Bunu edən tibb sahəsinin mütəxəssisidir ki, bu qanunsuzluğa yol verir. Bu müqəddəs sahənin işçiləri heç vaxt buna yol verməməlidirlər. Bütün hallarda hesab edirəm ki, müəllimlərə qarşı biz diqqətli olmalıyıq. Çünki bu, böyük toplumu incidə bilər. Bu gün Azərbaycanın orta məktəblərində 150 min müəllim var. Ali məktəblərdə 30 min müəllim var. Bu, geniş bir kontingentdir. Biz mütəmadi olaraq hər hansısa bir fikirlərimizdə müəllimləri təhqir edəndə, alçaldanda, şəxsiyyətini aşağılayanda onlar ruhdan düşə bilərlər. Onlar övladlarımıza, gələcəyimizə təhsil verirlər. Hesab edirəm ki, işlətdiyimiz ifadələrdə maksimum diqqətli olmalıyıq, təhqir etmək olmaz. Amma reallıq bundan ibarətdir ki, ölkədə COVİD pasportunu alanlar var. Qeyri-leqal yollarla və bu da yoluxma sayına öz təsirini göstərir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar