Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya Bankı neftin orta qiyməti üzrə proqnozunu yüksəldib

Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə qlobal bazarda xam neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları, 2022-ci ildə isə 74 dollar təşkil edəcək.

"APA-Economics"in Dünya Bankının əmtəə bazarları üzrə yenilənmiş hesabatı istinadən verdiyi məlumata görə, 2021-ci ilin neftin orta qiyməti üzrə proqnozu bankın aprel hesabatı ilə müqayisədə 18,4%, 2022-ci ilin proqnozu isə 5,7% yüksəldilib.

Qeyd edilir ki, qlobal bazarda neftə tələbat COVID-19 pandemiyasından əvvəlki səviyyəni 2022-ci ildə üstələməsi gözlənilir. Tələbatın artımı Çin, Hindistan və Rusiya hesabına baş verəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, 2021-ci il ərzində xam neftin orta qiyməti 48%-dən çox artıb və oktyabrın ortalarında "Brent" markalı neftin qiyməti yedilllik maksimuma çatıb. Artımın əsas səbəbləri kimi, ABŞ-da "İda" qasırğası səbəbindən hasilatda dayanmalar, eləcə də "OPEC+"in oktyabr ayında keçirilən iclasında qrupun əvvəl elan edilmiş hasilat artımlarını saxlamaq niyyətində olduğu barədə açıqlaması göstərilir. Bundan əlavə, neft qiymətləri artan qaz qiymətləri ilə də dəstəklənib.

Hesabatda neftin orta qiyməti kimi, "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətləri götürülür. Hazırda "Brent" 83,9 dollara, WTI 81,9 dollara, "Dubai" markalı neft isə 81,8 dollara ticarət olunur.

Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 40 dollar, 2022-ci il üçün isə 45 dollar nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar