Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Hacıqabulda 7000 manatlıq oğurluq edən şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq ümumi dəyəri 7000 manata yaxın olan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayan rayon sakini Emin Şirinov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı E.Şirinov törətdiyi oğurluq əməlini etiraf edərək, əşya və avadanlıqları dəyərindən ucuz qiymətə satdığını, üzərindən aşkarlanan psixotrop maddəni isə satmaq üçün qanunsuz saxladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şirzad Məmmədov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə bir büküm metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Çeçenistan Rusiya bayrağından imtina etdi... - Moskva ilə Qroznı arasında hansı anlaşılmazlıqlar var?

Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - Yenilənib, Foto, Tam mətn

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri başa çatıb - Yenilənib

BƏƏ Türkiyəyə 10 milyard dollarlıq yatırım edir... - Abu-Dabini bu qədər dəyişdirən hansı səbəbdir?

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb - Yenilənib

Generalın xanımını aldadan şəxslərin başqa cinayətləri də üzə çıxdı

Əməkdar artist xalq şairinin “şit diringi” iradına mansibət bildirdi

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

Qərb İranı gücləndirməyə, Türkiyəni zəiflətməyə çalışır - Bəs Türkiyə iqtisadiyyatının sonu necə olacaq?..

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay