Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərgi açılıb

Bu gün Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərgi açılıb.

Sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunub. APA-nın xəbərinə görə mərasimdə çıxış edən Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova Kamil Əliyevin Azərbaycan xalçaçılıq sənətində tutduğu yerdən danışıb. O bildirib ki, rəssam Milli Xalça muzeyi ilə daim sıx əməkdaşlıq edib: "Bu gün toplaşdığımız sərgidə Xalq rəssamının 29 əsəri təqdim olunur. Burada bizim eksponatlarla yanaşı, Azərbaycan Milli İncəsənət Muzeyi və sənətkarın ev-muzeyində qorunub saxlanılan əsərlər – xalça eskizləri, onların əsasında toxunan xalçalar nümayiş olunur.

1979-1990-cı illərdə Kamil Əliyev muzeyin satınalma komissiyasının üzvü olub, burada onun fərdi sərgiləri keçirilib, yubileylərinə həsr edilmiş kataloqlar dərc edilib, onun xalçaları daima ekspozisiyamızı bəzəyir". Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Kamil Əliyevə həsr olunan tədbirlər planının hazırlandığını bildirib. "Ulu Öndər Heydər Əliyev onun sərgilərində iştirak etmiş yaradıcılığı ilə tanış olmuşdu. Ulu Öndər Kamil Əliyev haqqında deyirdi ki, "Onun əsərləri Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaqdır".

Kamil Əliyevin yubileyləri bundan əvvəl də qeyd edilirdi. Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı əsas tutaraq rəssama həsr olunan tədbirlər planı həyata keçirilməkdədir. Bu tədbir də həmin silsilədəndir. Kamil Əliyev Azərbaycan mədəniyyətinin xəzinəsidir. Bizim dövlət olaraq məqsədimiz bu mirası yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Hazırda onun əsərlərindən ibarət kataloq hazırlanır. Yaxın müddətdə geniş ictimaiyyətə təqdim olunacaq". Arzu edək ki, belə görkəmli sənətkarın yubileyləri bundan sonra da belə təntənə ilə qeyd ediləcək".

Akademik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov Kamil Əliyevin əsərləri haqqında danışıb. O bildirib ki, rəssam Azərbaycan xalçasının dünyada tanıdılmasında mühüm rol oynayıb: "Kamil Əliyev təkcə Azərbaycan xalçaçılığının deyil, Azərbaycan mədəniyyətinin önəmli ismidir. Onun adı bu gün də yaşayır. O insanın həyat və yaradıcılığı mənə bütün təfərrüatları ilə bəllidir. Kamil Əliyev Azərbaycan xalçaçılığın klassiklərindəndir".

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgi noyabrın 21-dək davam edəcək. Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar