Şənbə, 27 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Maşa və ayı”nın yeni bölümü Azərbaycana həsr olunub - Video

Rusiyanın dünyaca məşhur “Maşa və ayı” cizgi serialının yeni mövsümündə bir seriya Azərbaycana həsr olunub. Belə ki, dəcəl qız öz oyuncaqlarına “Məlikməmməd” nağılını (daha müasir versiyada) danışır.

“Uzaq-uzaq diyaralarda Azərbaycan adlı bir məmləkət var. Bu ölkədə mehriban, şən və əməksevər insanlar yaşayır. Bu nağılı da elə onlar mənə danışıblar”, - deyə başlayan cizgi seriyasında “Göyçək Fatma”, “Təpəgöz”, “Simurq Quşu” kimi nağıl qəhrəmanlarının da adı çəkilib.

Azərbaycanın milli naxışlarından tutmuş, şahın buxara papağı, şahzadə Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimləri, həmçinin Maşanın masasının üzərində şəkərbura, paxlava və qoğal kimi milli mətbəximizin inciləri, armudu stəkanda çay, regiona məxsus nar, üzüm, armud kimi meyvələrin olması filmə xüsusi rəng qatıb.

Cizgi filmin maraqlı məqamlarından biri Məlikməmmədin quyuya düşməsi anıdır. Orada armud bağının içində Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa edir və onun Azərbaycanın qədim xalq mahnısı olduğu bildirilir.

Azərbaycana həsr olunan yeni seriyanı cizgi filminin rəsmi “YouTube” kanalından izləmək olar.

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elman Rüstəmovun yerinə seçilən Mahir Məmmədov kimdir? - Dosye

ABŞ-ın Ərdoğanı devirmək planı - Bakı Türkiyənin yanında yer almalı

Sabir Rüstəmxanlı AzTV və əməkdar artisti tənqid etdi - Video

Ramiz Mehdiyev AMEA-da həbslərə hazırlıq görür - kimlərin başı gedəcək?

Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”

Kirayələrdə çürüyən əməkdar artist ölüm ayağında - Xanımından dəhşətli sözlər

Soçidə İlham Əliyev və Vladimir Putin arasında ikitərəfli görüş keçirilib - Video, Yenilənib

Soçi görüşündən gözləntilər... - Rusiyaya Azərbaycanla Ermənistan arasında davamlı sülh lazımdır?

Ən çox oxunanalar