Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fazil Məmmədovun sabiq müşavirinin adı keçən qalmaqallı mənzil işi

Vətəndaş evini müvəqqəti yaşamaq üçün qardaşına verib, indi isə məhkəmələrdə qalıb

Sabiq vergilər naziri Fazil Məmmədovun keçmiş müşaviri Müsavər Nəbiyevin adı məhkəmə çəkişməsinə qarışıb. Keçmiş müşavir kürəkəninin bacısına məxsusluğu sənəd-sübutla isbatlanan evin qızının adına keçirilməsinə çalışır. Məhkəmə çəkişməsi haqda “Yeni Müsavat”a Aynur Şirəliyeva məlumat verib. O deyib ki, qardaşı Bəhruz Şirəliyev Müsavər Nəbiyevin qızı Gülşən Nəbiyeva ilə 2010-cu ildə evlənib. Lakin yeni qurulan ailənin yaşamağa evi olmayıb. Ona görə də Aynur Şirəliyevə bu evlilikdən 1 il əvvəl aldığı özünə məxsus evi qardaşına yaşamaq üçün verib.

Şikayətçi deyir ki, Xətai rayonu, Ələddin Quliyev küçəsi 1130-cu məhəllədə inşa edilmiş 2 saylı binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqdan ibarət olan 36 saylı mənzili 4 sentyabr 2009-cu ildə ilə 131/R saylı müqavilə bağlayaraq alıb.

“Əlimdə MTK-ya 104.400 ABŞ dolları məbləğində pul ödəməyim haqda qəbzlər var. Mənzili qardaşıma yaşamaq üçün verəndə onun kirəyələrdə qalmamasını, kirayəyə verəcəyi pulları yığıb özünə ev almasını düşünmüşəm. Elə bu səbəbdən də mənzildə onlar yaşadıqları bütün müddət ərzində bütün kommunal xərcləri və vergiləri də ödəmişəm. 2013-cü ildə qardaşımın 1 övladı dünyaya gəlib. Evliliklərindən 6 il ötəndən sonra isə aralarında mübahisə, söz-söhbətlər və münaqişələr baş verdi. 2018-ci ilin sentyabr ayında faktiki olaraq ayrıldılar”, - deyə Aynur Şirəliyeva bildirib.

Onun sözlərinə görə, qardaşı yoldaşı ilə ayrılandan sonra mənzildən çıxıb. Lakin Gülşən Şirəliyeva qızları Leyla ilə birgə mənzildə qaldı. 2019-cu ilin yanvarında rəsmən boşanandan sonra isə o, Gülşən Şirəliyevadan xahiş edib ki, mənzilini tərk etsin: “Amma o, buna məhəl qoymadı. Məcbur qalıb məhkəməyə müraciət etməklə Gülşən Şirəliyevanın mənzildən çıxarılmasını tələb etdim. Gülşənin anası Sənubər Əlifağa qızı Nəbiyeva da məhkəməyə müraciət edərək 3-cü şəxs kimi prosesə qoşuldu. İddia verib mənimlə ”Lalə" MTK arasında bağlanan alqı-satqı müqaviləsinin ləğv olunmasını və onunla mənzilə dair yeni müqavilə bağlanmasını istədi".

Aynur Şirəliyeva deyir ki, qardaşının keçmiş qayınatası Müsavər Nəbiyevin yaxşı əlaqələri, pulu var. Məhkəmələrdə də bu əlaqələrdən istifadə edir: “Sənubər Nəbiyeva məhkəmədə səs-küy salıb ”Lalə" MTK-nın mənzilə dair alqı-satqı müqaviləsindəki imzaların kimə məxsus olmasını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspretizasının təyin edilməsini tələb etdi. Nizami Rayon Məhkəməsinin hakimi Həqiqət Əhmədova vəsatəti təmin etdi, müqaviləni ekspertizaya yolladılar. Ekspertizadan cavab gəldi ki, alqı-satqı müqaviləsindəki imza Sənubər Nəbiyevanın deyil, Aynur Şirəliyevanındır. Sənubər Nəbiyeva ekspertizanın rəyi elan edilməzdən əvvəl məhkəmə zalında dedi ki, nə olsun ki, imzalar Aynura məxsusdur? Mənzilin pulunu mən vermişəm. Guya mənzilin pulunu “Lalə” MTK-ya verəndə qardaşım və mən yanında olmuşuq. Guya onun xəbəri olmadan qardaşım müqaviləni mənim adıma rəsmiləşdirib. Guya o da fikir verməyib".

Şikayətçi deyir ki, bundan sonra Sənubər Nəbiyeva tələbini dəyişib. Bu dəfə mübahisəli mənzilin özü tərəfindən alınması və onun təmirinin özü, ailəsi tərəfindən aparılmasını iddia edib: “Mənə məxsus mənzilə görə 104 min 400 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə - əlavə 45 min manat məbləğində pulu və mənzilin alınmasından sonra təmir xərclərinə sərf etdiyi 70 min manat məbləğində pul tələb etməyə başladı. Nizami Rayon Məhkəməsində bu iddia 3 il ərzində süründürməçiliyə məruz qaldı. Hakim Rəşad Həsənov sona qədər işə baxmadı və məzuniyyətə çıxmaqla işi hakim Həqiqət Əhmədovaya təhvil verdi. O da işi uzatdı və sonda əsassız, qanunsuz, mənim halal mülkiyyətimdən məhrum olunmağıma yol açan bir qətnamə çıxardı. Apelyasiya şikayəti verdik. Yenə də məhkəmədə süründürməçilik başladı və həmin qanundankənar, cinayətə bərabər qətnamə qüvvədə saxlanıldı”.

Şikayətçi ölkə rəhbərliyinə, Ali Məhkəmə sədri Ramiz Rzayevə müraciət edərək ona qarşı qanunsuzluqlara, məhkəmə hakimlərinin özbaşınalığına son qoyulmasını istəyib: “İş hazırda Ali Məhkəmədədir. Mən Apelyasiya Məhkəməsinin qərarından şikayət vermişəm. Şikayətin araşdırılması üçün hakim Aqil Abbasovun icraatına verildi. Lakin hakim bizə qarşı faktiki olaraq cinayətə bərabər addımlar atıldığını iş materiallarından gördü və işə baxmaqdan imtina etdi. Ölkədə məhkəmə hüquq islahatlarının aparıldığını cənab Prezident hər çıxışında deyir. Məhkəmələrdə hakimlər sanki onu heç eşitmirlər. Mənim əlimdə mənzil aldığımı təsdiq edən alqı-satqı müqaviləsi var. Əgər müqavilənin heç bir hüquqi əsası yoxdursa, belə müqavilələr ölkə boyu niyə bağlanır? Yoldaşım Rusiyada illərlə işləyib pul qazanıb, mənim özüm də işləmişəm, pul yığıb ev almışıq. Hakimlər isə deyir ki, nə olsun əlində müqavilə var, biz evi kimə istəsək veririk! Belə qanunsuzluq olar? Mənim mülkiyyət hüququma qəsd edirlər. Bunu Azərbaycan Respublikasının adından, Azərbaycan qanunlarını pozaraq edirlər. Ölkə rəhbərliyindən dönə-dönə xahiş edirəm ki, bu qanunsuzluğa, özbaşınalığa son qoyulsun”.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar