Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda yarımtikilidə toplaşanlar narkotik istifadə edir? - Video

Bakıda tikintisi yarımçıq qalmış parklanma yerinin ərazisinə toplaşan insanların mütəmadi olaraq narkotik qəbul etdiyi iddia olunur.

Həmin ərazinin yaxınlığında yaşayan binanın sakinləri "Qafqazinfo"ya müraciət edərək bildirib ki, Yasamal rayonu, Zivərbəy Əhmədov 10 ünvanında yerləşən tikilinin yaxınlığındakı köşkdə yaşayan və tüfeyli həyat tərzi keçirən şəxsin yanına tez-tez müxtəlif adamlar gəlir.

Sakinlərin iddiasına əsasən, artıq həmin şəxslər özləri ilə uşaqlarını da gətirirlər. İyirmiyə yaxın bina sakinin imzaladığı və Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanan müraciətdə qeyd edilib ki, tikilinin ətrafının hasarlanmasına baxmayaraq, onun daxili tamamilə nəzarətsizdir: "Belə ki, ərazi mühafizə olunmur və istənilən şəxs hasarlanmış əraziyə heç bir maneə olmadan içəri daxil olur. Bu şəraitdən istifadə edən bəzi şəxslər artıq 3-4 ilə yaxın müddətdir ki, hasarlanmış tikilinin içərisinə daxil olaraq, həmin ərazidə dəmir konstruksiyadan düzəldilmiş konteynerdə narkotik maddələri qəbul etməklə məşğuldur. Bununla yanaşı, son dövrlərdə həmin əraziyə daxil olan yetkin şəxslərlə bərabər azyaşlı uşaqlar da tikinti aparılan sahəyə daxil olaraq bu şəxslərin pis əməllərinə şahid olurlar".

Vətəndaşların sözlərinə görə, bununla əlaqədar bir neçə dəfə sahə müvəkkilinə müraciət etsələr də, hər hansı tədbir görülməyib: "Həmin ərazidə yaşayan sakinlər kimi, bu şəxslərin əməllərindən çox narahatlıq keçiririk və hesab edirik ki, narkotik maddələr qəbul edən, eləcə də həmin ərazidə müxtəlif əxlaqsız hərəkətlərə yol verən şəxslərin əməli cəmiyyətə açıq-aşkar hörmətsizlikdir. Eyni zamanda hesab edirik ki, bu şəxslər cəmiyyət üçün təhlükə mənbəyidir və öz əməllərinin mahiyyətini bilməyən bu şəxslər ətrafda yaşayan gənc, qadın, yeniyetmə və qocalara qarşı istənilən cinayəti törədə bilərlər".

Sakinlər həmin ünvanda yerləşən yarımçıq tikilinin nəzarətə götürülməsini və həmin şəxslər barəsində lazımi tədbir görülməsini xahiş ediblər.

pia.az

 

Milli.Az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar