Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İki gün əvvəl ruslar oradan endilər, dağ azərbaycanlıların nəzarətinə keçdi...”

Zəngəzur bölgəsində, Zəngilan rayonu ilə Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ yüksəkliyində Azərbaycan sərhədçilərinin yerləşməsi barədə erməni tərəfində müzakirələr davam edir. Ermənistan silahlı qüvvələrinin Baş qərargahı bundan əvvəl yüksəkliyin Azərbaycanın nəzarətinə keçdiyi haqda xəbərləri təkzib etsə də Qafan şəhərinin meri Gevork Parsyan yeni təfərrüatlar açıqlayıb. Bildirib ki, əslində yüksəklik ötən ilin dekabrında Azərbaycanın nəzarətinə keçmişdi.

Gevork Parsyan oktyabrın 19-da Zəngəzur TV kanalına müsahibəsində bildirib ki, o vaxt yüksəkliyin bir hissəsinə Rusiya sərhədçiləri nəzarət edirdilər. Amma bu günlərdə Parsyana məlum olmayan səbəblərə görə ruslar yüksəklikdən eniblər və ora tamamən Azərbaycanın nəzarətinə keçib: “Bu ərazi – bizim üçün çox mühüm yüksəklikdir. İndi rusların olmamasına görə ərazi azərbaycanlıların nəzarətinə keçib”.

Parsyan deyir ki, ötən ilki müharibədən əvvəl Ağdağ yüksəkliyində Ermənistanın Hava Hücumundan Müdafiə sistemi yerləşdirilmişdi. İndi isə həmin yüksəklikdən Azərbaycan Qafan şəhərini və Aqarak kəndini nəzarət altında saxlaya biləcək, 90-cı illərdə olduğu kimi.

“Bizim Aqaraka (Əkərək), Yeqvarda və Ujanisə getmək üçün istifadə etdiyimiz əsas yol indi tamamən onların nəzarəti altındadır. Alternativ yoldan istifadə edirik. Faktiki olaraq bizim kəndlilərin bu ərazilərə keçməsi artıq qadağan olunub”,-mer deyib.

Qeyd edək ki, Ağdağ yüksəkliyi Zəngilan rayonu ərazisinə daxildir və sovet dövrü xəritələrinə əsasən iki ölkə arasındakı dövlət sərhədi bu yüksəklikdən keçir. Ötən ilin dekabrında Azərbaycan ZəngilanQubadlı bu istiqamətdə öz dövlət sərhədlərini bərpa edib, nəticədə Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar