Cümə axşamı, 02 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda gəlinini doğrayıb, zibil qutusuna atan 75 yaşlı kişiyə hökm oxunub

Bakıda 32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmovun məhkəmə prosesi başa çatıb.

PİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İdris Məhərrəmov 18 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Araşdırmalarla məlum olub ki, 32 yaşlı Banı Məhərrəmova Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində qayınatası, Babək rayon sakini İ.Məhərrəmov tərəfindən qətlə yetirilib. Daha sonra meyiti doğranaraq Nəsimi rayonunda yerləşən zibil qutusuna atılıb.

Hadisəni törədən İ.Məhərrəmov tutularaq istintaqa cəlb edilib.(APA)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sabiq deputat nazir və yeni müavininin görüntülərini paylaşdı: “Niyə dövlət vəzifələri əyləncəyə çevrilir?” – Video

“Prezidentin qulu olmağa hazıram”, deyən nazir müavini Budaqovla bacanaq imiş

21-ci əsrdə özünü “qul elan edən” nazir müavini nələrini sığortalamaq istəyir?

Beynəlxalq Real Aykido Federasiyası respublikadaxili kəmər imtahanı keçirib - Foto

"Qanuni oğru"ların "sxodka"sı keçirildi - Bu "lotu"nun adı əlindən alındı

Helikopter qəzasından sağ çıxan hərbçilər danışdı - Video

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi başa çatıb - Yenilənib, Foto

14 şəhiddən biri olan “işçi Nəbiyev” kimdir? - Video

Dünənki qəzada DSX şəhid olan hərbiçilərin siyahısını elan etməkdə niyə gecikdi?..

“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları – Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay