Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bölgəyə xüsusi təyinatlılar da göndərildi, irimiqyaslı hərbi əməliyyatlar gözlənilir

Türkiyə Suriyanın şimalına əlavə ordu qüvvələrinin göndərilməsini davam etdirir. virtualaz.org xəbər verir ki, bölgədən daxil olan son görüntülərə əsasən Türkiyə ordusunun xüsusi təyinatlıları sərhədi keçərək Suriyanın şimalına daxil olub, onların PKK/YPG terror qruplaşmalarına qarşı irimiqyaslı hərbi əməliyyatlara hazırlıq üçün göndərildiyi bildirilir. Bundan əvvəl “Reuters” agentliyi iki yüksək rütbəli türkiyəli rəsmiyə istinadən Ankaranın bölgədə yeni hərbi əməliyyatlara hər an başlaya biləcəyini xəbər vermişdi.

Digər məlumata görə, ötən gün Suriyanın şimalında Türkiyənin dəstəklədiyi müxalif qruplar Tel-Tamr rayonunda YPG/PKK yaraqlılarının mövqelərinə hücum ediblər. Onlara Türkiyə artilleriyası dəstək verib, amma kürd qruplaşmaların hücumu dəf edə bildikləri deyilir.

Türkiyə ilə yanaşı Əsəd rejimi də İdlib bölgəsinə ordu qüvvələri cəmləşdirməkdə davam edir. Rusiya mənbələri Əsəd qüvvələrinin ölkənin şimalına doğru hərəkətinə dair yeni kadrlar yayıb. Bu kadrlara əsasən Suriya ordusunun çoxsaylı BMP-2 piyada döyüş maşınlarından ibarət kalon İdlibə hərəkət edir. Həmin hərbi texnika təzə görünür və ehtimal edilir ki, Rusiya onları bu günlərdə Suriya ordusuna çatdırıb. Daha əvvəl zirehli texnika ilə yükləndiyi təxmin edilən iri Rusiya desant gəmisinin Suriya istiqamətində hərəkəti qeydə alınmışdı.

Xatırladaq ki, YPG/PKK yaraqlılarının Suriyanın şimalında Türkiyə hərbçilərinə terror hücumları artıb. Rəsmi Ankara buna görə birbaşa Rusiyanı və ABŞ-ı günahlandırıb, əgər hücumlar dayandırılmasa Türkiyənin Suriyanın şimalında terror qruplaşmalarına qarşı hərbi əməliyyatlara başlayacağı haqda xəbərdarlıq edib.

Türkiyə mənbələri isə xəbər verir ki, PKK/YPG İraqın şimalındakı Sincar bölgəsindən Suriyanın şimalına öz yaraqlılarını göndərir. Kürd yaraqlıları 25-30 nəfərlik kiçik qruplar halında sərhədi keçirlər və Türkiyənin mümkün irimiqyaslı hərbi əməliyyatlarına qarşı Suriyanın şimalındakı YPG/PKK qruplaşmalarına dəstək üçün göndərilirlər. Habelə İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasının yaraqlıları da kürdlərə dəstək üçün göndərilib, indiyədək Suriyanın şimalına İraqın şimalından 1500-dən çox yaraqlı göndərildiyi bildirilir.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar