Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya çempionatında qalib gələn boksçulara ilk dəfə kəmər veriləcək

Beynəlxalq Boks Federasiyası (AIBA) qarşıdakı dünya çempionatının qaliblərini gözəl görünüşlü medallarla yanaşı, kəmərlərlə də mükafatlandıracaq.

"Report"un AIBA-nın rəsmi saytına istinadən məlumatına görə, medallar müvafiq olaraq saf qızıl və gümüşdən hazırlanacaq.

Qurumun prezidenti Umar Kremlyov bildirib ki, bu addım idmançıların motivasiyasını artırmağa xidmət edir: "Belə bir nüfuzlu titul sayəsində çempionlar nəinki qürurla daşıyacaqları medal və kəmər, həm də yaxşı pul mükafatı alacaqlar. Əminəm ki, bu, gənc nəsli boks zallarına getməyə, gərgin məşq etməyə və yeni zirvələrə çıxmağa həvəsləndirəcək".

Eyni zamanda, dünya çempionatının rəsmi əlcəklərinin rəngi dəyişəcək. Qırmızı və mavi rəngləri ağ rəngli AIBA loqotipləri əvəzləyəcək. Rinq küncləri arasındakı fərq formanın rəngində qalacaq. Lakin qaydalar iştirakçılara formalarında milli rəngləri də əks etdirməyə imkan verəcək.

Kremlyovun sözlərinə görə, ağ əlcəklər böyük tədbirlərdə yeni başlanğıc, ədalət və şəffaflığı simvollaşdıracaq: "Hər kəsə şans vermək üçün əlimizdən gələni edəcəyik".

Bundan başqa, AIBA gender bərabərliyi prinsiplərinə tam sadiq olduğunu və bütün boksçularla ədalətli davrandığını açıqlayıb. Qeyd olunub ki, Türkiyənin İstanbul şəhərində qadınlar arasında keçiriləcək dünya çempionatında boksçulara hər çəki dərəcəsində eyni məbləğdə pul mükafatları veriləcək.

Qeyd edək ki, dünya çempionatı bu il 24 oktyabr - 6 noyabrda Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq. İlk dəfə 13 çəki dərəcəsində keçiriləcək yarışda 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2,6 milyon ABŞ dolları mükafat fonduna malik mundialda çempion 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar