Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Sumqayıtda toyda iştirak etmək istəyən koronavirus xəstəsi aşkarlanıb

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi şəhər ərazisində yerləşən restoranlardan birində keçirilən toy mərasimində iştirak etmək istəyən zaman onun qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, toyda iştirak edən digər şəxslərin həyatını təhlükə altına qoyan Sumqayıt şəhər sakini N.Yarmətova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

N.Yarmətova barəsində Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ən çox oxunanalar