Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Arazboyu döyüşçüləri: "Bir neçə saata Xudafərin körpüsünü düşməndən tam təmizlədik"

Ötən il 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində ən uğurlu döyüşlərdən biri də Arazboyu əməliyyatları olub. Bu uğurlu əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 18-də Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü düşməndən azad edildi və 27 illik həsrətə son qoyuldu.

Azad olunan Xudafərin körpüsünə Azərbaycanın şanlı üçrəngli bayrağı sancıldı. Bu sevinci Azərbaycan xalqına Ali Baş Komandan çatdırdı. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, Arazboyu əməliyyatlarında böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov məruzə etdi.


Döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi. Düşmənin sağ qalan heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur oldu.


Artıq bu gün Azərbaycan xalqı Xudafərin körpüsünün işğaldan azad olunmasının birinci ildönümünü qeyd edir. Bu tarixi gün münasibətilə Arazboyu əməliyyatlarda iştirak etmiş DSX-nin bir qrup hərbi qulluqçusu Xudafərin körpüsünə səfər edib, ərazilərə baş çəkib. Səfər zamanı döyüşçülər çətin və ağır keçən əməliyyatlardan danışıb, məhv etdikləri düşmənin silah-sursatını ataraq necə qorxaqcasına qaçdıqlarından söhbət açıblar.


DSX-nin mayoru Mahmud Şükürov bildirib ki, Vətən müharibəsində Xidmətin bölmələrinin keçirdiyi uğurlu əməliyyatlardan biri də Xudafərin körpüsü və ətraf ərazilərin işğaldan azad edilməsi olub. İkinci Qarabağ müharibəsində qrup komandiri kimi döyüşlərə qoşulan zabit qeyd edib ki, Hadrut əməliyyatından sonra komandanlıqdan hücum istiqamətini dəyişmək üçün göstəriş alıb: “Cəbrayıl rayonunun Soltanlı kəndinə hərəkət etdik və orada bazalandıq, döyüş tapşırığı bir daha dəqiqləşdirildi. Mənə döyüş tapşırığı verildi ki, düşmənin müvəqqəti tutduğu mövqelərdən 11,5 km dərinliyə sızmalıyıq. Orada strateji əhəmiyyətə malik olan silsiləni ələ keçirməliyik, daha sonra isə digər döyüş tapşırığı veriləcək. Ərazidə ermənilərin artilleriya və qırıcı təyyarələri vardı. Qırıcı təyyarələr bizim arxa istiqamətimizə aviazərbələr endirdi. Bu isə bizim döyüş əzmimizi qırmadı. Yüksəklikdə düşməni pusquya saldıq və onların texnikası və canlı qüvvəsini məhv etdik.

Mahmud Şükürov

Mənə növbəti döyüş tapşığı gəldi ki, Xudafərin körpüsü və ətraf ərazilər düşməndən azad edilsin. Sağ istiqamətdən qrup şəklində hərəkətə başladıq. Biz Xudafərin körpüsünə yaxınlaşanda burada düşmənin mövqelənməsini müşahidə etdik. Dərhal yarımqruplara bölünərək ermənilərlə şiddətli döyüşlərə girdik və onları məhv etdik. Hətta tunelin altında da ermənilər yerləşmişdi. Biz 3-4 saat ərzində Xudafərin körpüsü və düşmən tərəfindən xarabalığa çevrilmiş ətraf əraziləri tam şəkildə onlardan təmizlədik. Daha sonra müvafiq qaydada yuxarı komandanlığa məruzə etdik”.

Nihad Mirzəyev

DSX-nin baş giziri Nihad Mirzəyevin sözlərinə görə, Xudafərin körpüsü və ətraf əraziləri işğaldan azad edən zaman Xidmətin döyüşçüləri düşmənin sərhəd zastavasının canlı qüvvəsi və texnikasını da məhv edib: “Daha sonra bu istiqamətdəki ərazilər nəzarətimiz altına keçdi və şanlı üçrəngli bayrağımız Xudafərin körpüsünə sancıldı. Həmin döyüşlər bizim ən uğurlu əməliyyatlarımızdan biri oldu. Ermənilərin xeyli silah-sursatını, hərbi texnikalarını qənimət kimi ələ keçirdik. Hazırda həmin qənimətlərin bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vətən müharibəsindən əvvəl də özümüzü qalib hesab edirdik. Çünki bilirdik ki, nə vaxtsa öz torpaqlarımızı düşməndən azad edəcəyik. 30 il idi ki, aparılan danışıqlar heç bir nəticə vermirdi. Biz hər gün çətin şəraitdə, çətin relyefdə təlimlərimizi davam etdirdik. Döyüş tapşırığını alan zaman sevincimizin həddi-hüdudu yox idi. Döyüşlərdə qalib gələcəyimizə də əmin idik. Vətən müharibəsində döyüş yoldaşlarımız şəhid oldu. Biz buna psixoloji cəhətdən hazırlaşmışdıq. Şükür Allaha ki, bu döyüşlərdən qalib ayrıldıq”.

Rasim Qasımov

DSX-nin baş çavuşu Rasim Qasımov da Arazboyu əməliyyatları barədə danışarkən bildirib ki, Xudafərin körpüsü və ətraf ərazilərin düşməndən azad edilməsi döyüşlərində iştirak edib: “Xudafərin əməliyyatı zamanı əvvəl ermənilərin kamera müşahidə məntəqəsini zərərsizləşdirdik. Orada düşmənə pusqu qurduq. Nəticədə pusquya düşən ermənilərin canlı qüvvəsini və texnikalarını məhv edərək Xudafərin körpüsü və ətraf əraziləri düşməndən təmizlədik”.

Qarabağ Azərbaycandır!

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Azərbaycanda məhkəmə müstəntiqin cəzalandırılması üçün Baş prokurora müraciət edib

Ən çox oxunanalar