Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İnternetə başçılıq edən nazirliyin adı 5 dəfə, nazir 3 dəfə dəyişdi, amma keyfiyyət pisdən də pis oldu"

"Son illər internetə başçılıq edən nazirliyin adı 5 dəfə, nazir 3 dəfə dəyişdi, ancaq keyfiyyət heç dəyişmədi. Pisdən də pis oldu".

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

"Ötən həftənin 5-ci günü axşamdan yenə evdə internetim azarlanıb. Azərbaycanda internetin bərbad vəziyyətdə olmağını hər halda çoxlarınız bilirsiz. Elə indi speedtest saytında mənə bu günə olan durumuzu göstərdilər. Bizdən pis sürət olan ölkələr demək olar ki hamısı Afrikada yerləşır. Afrikada olmayanların arasında Venesuela, Livan, Libya, Fələstin, və sair, yəni mövcud olma dərdi ilə əlləşən ölkələrdir. Bununla yanaşı ortalama internet qiymətlərinə də göz gəzdirdim. Qiymətə gələndə ən bahalılar sırasında deyilik, ortalarda bir yeri tutmuşuq. Diqqətimi çəkən isə o oldu ki əksər bahalı internet olan ölkələrdə sürət üzrə liderdilər. Bir başqa yerdə göstərilən cədvəldə isə hər MeqaBayt üçün qiymət göstərilimişdi. Mənbədən 100% əmin olmasam da, məntiqlə baxanda düz olduğunu gördüm. Bizdə verdikləri internet sürətinə görə aldıqları pul yenə Afrika ilə bir sıralamadadı. Şənbə günü səhər problemlə bağlı zəng eləmək istədik. Google’dan Baktelekomun nömrəsini tapmaq üçü axtarışa verəndə, oğlum çox təəccüblə güldü və başını yellədi. “internetin yaxın vaxtlarda düzələcəyini gözləməyin” dedi. Niyə soruşduqda Google’da olan reytinglərini və rəylərini göstərdi. 5 baldan 1.2, yəni 0 (0 bal yoxdur, ən az verilə biləcək 1-dir). Baktelekoma zəng etdik, müraciətiniz qeydı alındı, gözləyin deyildi. Saatlar keçdikdən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmək istədik. Onların da reytinqini 2.2 görəndən sonra fikrimizdən döndük. Maraq üçün başqa nazirlikləri də axtarışa verib reytinqlərinə baxdım. Sözün açığı bu nazirliyin cəmiyyətdə belə aşağı nüfuzunun olmasını gözləmirdim. 3-cu gündür hələ də biz o zəngi gözləyirik ki, internetin işləmədiyini söyləyək. Aylıq 45 manat verdiyim pulu Baktelekom dövlətdən gələn pul kimi görür. Kefləri istəyəndə işləyirlər. Özəl şirkətlər qazancları müftə gəlmir deyə uzağı bir neçə saata cavab verirlər. Adı innovasiya ilə əlaqələndirilən, yenilikləri bizlərə gətirməli olan nazirliyin tabeçiliyində olan bir qurum bizlərə daha çox kommunizmi yada salir. Pulunu ver, müraciət elə, otur gözlə, nə vaxt bəylərin kefi olar onda da həll edərlər. Cibə girib pulumuzu oğurlayana cibgir deyərik. Bəs bunlara nə ad verək?!" - A.İsmayılov qeyd edib. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar