Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya seçkisinin “qara qutu”su: onlayn səsvermə

ABŞ-ın “Vaşinqton Post” qəzetində ötən ay Rusiyada keçirilmiş seçkilər zamanı tətbiq edilən onlayn səsvermə sistemi ilə bağlı məqalə dərc olunub. Məqalənin müəllifi “Vaşinqton Post”un Moskva bürosunun rəhbəri Robin Diksondur. Novator.az saytı məqaləni qısa ixtisarla ingilscədən çevirərək təqdim edir.
Rusiya prezidenti Vladimir Putin seçkilərdə onlayn səsvermə üsulundan istifadəni tərəqqi yolu, gələcəyə aparan yol kimi xarakterizə edib və bildirib ki, bu yoldan dönmək olmaz.

Eyni zamanda Putin ötən ay keçirilən seçkidə onun partiyasının (Vahid Rusiya Partiyası) Dövlət Dumasında yerlərin əksəriyyətini qazanmasının kimlərinsə xoşuna gəlmədiyini vurğulayıb və onlayn səsvermə sisteminin tənqidə məruz qalmasını da bununla əlaqələndirib.

Ekspertlər Rusiyanın onlayn səsvermə eksperimentinə Putinin ölkəni avtoritar yolla idarə etdiyini deyən demokratiya tərəfdarları ilə Kreml arasındakı fikir ayrılığının yeni predmeti kimi baxırlar.

Rusiyada sentyabrın 17-19-da keçirilən, Putinin Vahid Rusiya Partiyasının qələbəsi ilə nəticələnən seçkidən sonra informasiya texnologiyaları üzrə müstəqil analitiklər, müstəqil müşahidəçilər, habelə müxalifətdən olan müşahidəçilər onlayn səsvermə sistemi ilə bağlı çoxlu şübhəli məqam aşkarlayıblar.

Onlayn sistemdə seçici iştirakının qeyri-adi dərəcədə fəal olması və səsvermənin nəticələrinin kağız bülletenlərdə qeydə alınan nəticələrdən çox fərqlənməsi şübhə doğuran əsas məqamlardır.

Müstəqil analitiklər öz şübhələrini cəmiyyətə Rusiyanın azad media qurumlarının internet səhifələri vasitəsilə çatdırıblar.

Onlayn səsvermənin insanlar üçün daha rahat olduğunu söyləyən Putin seçkidən sonra – sentyabrın 25-də bəyan etdi ki, prosesin şəffaf və ədalətli keçirilməsi üçün əllərindən gələni ediblər.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Panfilova isə yeni sistemi tənqid edənləri böhtanda suçladı və onları cinayət məsuliyyəti ilə hədələdi.

Analitiklərin fikrincə, elektron səsverməyə keçid Kremlə seçkilərin nəticələrinə daha çox təsir göstərmək, səsverməyə ictimai nəzarət mexanizmlərindən daha asan yayınmaq imkanı verir.

Sentyabr seçkisi zamanı elektron səsvermə paytaxt Moskvada və digər 6 bölgədə tətbiq olunub. Bu yerlərdə kağız bülletenlərlə səs vermək imkanı da saxlanıb.

Onlayn səsvermə üsulunun Rusiyada 2024-cü ilin prezident seçkisində də işə salınacağı ehtimal edilir. Həmin seçkidə isə Putinin yenidən namizədliyini irəli sürəcəyi gözlənir. Ölkə konstitusiyasına etdiyi dəyişikliklər ona 2036-cı ilədək hakimiyyətdə oturmaq hüququ verib.

ABŞ-ın Oklahoma ştatındakı universitetdə çalışan, avtoritar dövlətlərdə seçki manipulyasiyalarını araşdıran Koul Harvi deyir ki, onlayn səsvermə Putin rejiminin qaydalarını dəyişib.

Koul Harvinin fikrincə, elektron səsvermə sistemi Rusiyanın hər yerində tətbiq olunsa, rejim ona baha başa gələn səsləri satın alma üsulundan daha ucuz, daha təsirli saxtakarlıq metoduna keçə biləcək.

Sentyabr seçkisində Moskvada onlayn səsvermənin nəticələri müxalifətin kağız bülletenlərdə qazandığı səsləri puça çıxardı. Bu, siyasi etirazlara, müxalifət partiyalarının onlayn səsvermənin nəticələrini rədd etməsinə səbəb oldu.

Moskvada onlayn səsvermənin monitorinqini aparan ictimai komitənin sədr müavini, “Exo Moskvı” radiosunun baş redaktoru Aleksey Venediktov iddia edir ki, nəticələrin belə alınmasının kökündə onlayn sistemdən demək olar yalnız hökumətyönlü seçicilərin istifadə etməsi, müxalifət tərəfdarlarının isə bu sistemə baş qoşmaması durur.

Ancaq analitiklər başqa fikirdədirlər. Onlar müxalif düşüncəli insanların daha çox yaşadığı Moskva şəhərində Putinin Vahid Rusiya Partiyasının üstünlük qazanmasını onlayn səsvermədə seçici iştirakının süni şəkildə şişirdilməsində görürlər.

Üç gün ərzində keçirilən səsvermənin ilk günü (cümə günü səhər) və son günü (bazar günü) Moskvanın hər yerində onlayn yolla səs verənlərin sayı çox yüksək həddə olub ki, bunu da normal məntiqlə izah etmək çətindir.

Müxalifət düşərgəsindən olan müşahidəçilər bildirirlər ki, səsvermə başa çatandan sonra iştirakçıların həqiqi sayını, səslərin etibarlılığını yoxlamaq mümkün olmayıb.

İqtisadiyyat tarixi və statistika üzrə mütəxəssis, bir vaxtlar Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası kimi nüfuzlu elm-təhsil ocağında çalışmış Tatyana Mixaylova hesab edir ki, Moskvada seçkinin nəticələrini kökündən dəyişmiş onlayn səsverməyə diqqət yetirən heç bir adamı boş-boş arqumentlərlə aldatmaq mümkün deyil.

Ənənəvi səsvermə zamanı rast gəlinməyən anomal situasiyanı şərh edərkən Tatyana Mixaylova vurğulayır: “Hakimiyyət müşahidəçilərə lazım olan bir sıra məlumatlara girişi bloklamışdı. Sistemə cavabdeh moskvalı məmur Artyom Kostırko “Exo Moskvı” radiosuna açıqlamasında deyib ki, bəzi hallarda onlayn səsvermənin gedişi izlənməyib. Şifrələnmiş seçki bülleteni heç yerdə mövcud olmayıb. Bu o deməkdir ki, heç kim səslərin etibarlılığını yoxlaya bilməz və dəlillər məhv edildiyi üçün səsvermənin saxtalaşdırıldığını birmənalı şəkildə sübuta yetirə bilməz”.

Tatyana Mixaylovanın sözlərinə görə, elektron sistem insanlara seçimini dəyişmək imkanı da verib ki, bundan da, müstəqil ekspertlərin dediyi kimi, saxtalaşdırma məqsədilə sui-stifadə oluna bilərdi.

Moskvada onlayn sistemdən 1,9 milyon seçici yararlanıb. Onların 300 mini öz seçimində dəyişiklik edib. Bu göstərici sistemi işləyib hazırlayanların gözlədiyindən bir qədər artıq olub. Maraqlısı bir də odur ki, müşahidəçilərin insanların seçimini hansı partiyanın xeyrinə dəyişdiyinə dair məlumatlara girişi olmayıb.

Koul Harvi hesab edir ki, belə məlumatlara girişin bloklanması nəticələri hakim partiyanın xeyrinə dəyişmək imkanlarını artırır: “Biz bir müşahidəçi kimi qapağın altında nə baş verdiyini bilmirik. Biz sadəcə onu bilirik ki, bəzi səslər dəyişdirilib”.

Sentyabr seçkisində manipulyasiyalara yol verildiyi barədə şübhələri araşdıran tanınmış müstəqil analitik Sergey Şpilkin “Meduza” nəşrinə açıqlamasında onlayn səsverməni “qara qutu” və “böyük bəla” adlandırıb. O deyib ki, onlayn sistemdə toplanan milyonlarla səsi izləmək mümkün deyil, əldə olan məlumatlar analiz aparmağa kifayət etmir.

İnterneti Müdafiə Cəmiyyətinin təmsilçisi Aleksandr İsavnin deyir ki, ekspertlər və müşahidəçilər Moskva hökumətində onlayn səsvermə sistemini hazırlayan texniki qrupla dəfələrlə görüşüblər. Ancaq həmin görüşlərdə müşahidəçilər sistemə aydınlıq gətirə biləcək texniki sənədləri ala bilməyiblər. İsavninin sözlərinə görə, sistemdəki bəzi əməliyyatlar onların üzünə qapalı qalıb və bu da səslərin yoxlanmasını mümkünsüz edir.

Dünyada onlayn səsvermə sistemindən bütün ölkə ərazisində istifadə edən yeganə dövlət Estoniyadır. Estoniya Seçki Komissiyasının məlumatına görə, 2019-cu ildə keçirilən seçkidə seçicilərin 43%-i onlayn qaydada səs verib. (novator.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar