Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Məmmədov - Azərbaycan futbolunun orqanizmindəki xərçəng şişi...

Elxan Məmmodov Azərbaycan futbolunun tragikomediyası olamaqla yanaşı, onun bu postda saxlayanılması həm də dövlətin və hakimiyyətin onun yürütdüyü “siyasəti” dəstəkləməsi anlama gəlir ki, bu daha böyük bir tragikomediyadır...

Azərbaycan futbolunun acınacaqlı vəziyyəti hər kəsə bəllidir. Futbolumuz o qədər darmadağın və korrupsiyanın əsirinə çevrilmiş durumdadır ki, bunu sözlə belə ifadə eləmək olmur. Təbii ki, Azərbaycan futbolunun bu acıncaqlı vəziyyətinə görə ilk növbədə AFFA məsuliyyət daşıyır və 14 ildir ki, Azərbaycan futboluna birbaşa rəhbərlik edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov daşıyır. Elxan Məmmədov hələ gənc ikən, cəmi 29 yaşında bu vəzifəyə layiq görülüb, indi onun 42 iki yaşı var. Yəni həyatının ən məhsuldar dövünü yaşamaqdadır.

14 il əvvəl 29 yaşlı gəncə AFFA kimi strateji əhəmiyyətli (futbol dünyanın ən prestijli və populyar idman növü kimi dünyanın əsas diqqət mərkəzində duran bir sektördur və sektörün istər dünya maliyyə sistemində, istər dünya siyasətində, istərsə də mədəni prosseslərdə özünə məxsus danımaz payı var) qurumu kim etibar edib, bilmirik, amma ortada olan fakt odur ki, bu 14 ildə Azərbaycan futbolunun məzarı qazılıb. Elxan Məmmədovun bu 14 illik fəaliyyəti isə Azərbaycan futbolunun məzarını qazan böyük korrupsiyanı idarə etmək olub.

Maraqlıdır ki, futbolumuzun məhv olduğu son 10 ildə kimi dindirsən, hansı futbol azarkeşinə yaxınlaşsan,Azərbaycanda futbolu məhv edən şəxsin məhz Elxan Məmmədovun olduğunu deyir. Bəs hər kəsin bu qədər narazı olduğu bir adama niyə bu qədər səlahiyyətlər verilib, niyə bu adama heç kim toxuna bilmir?

***
Futbolun inkişafında Elxan Məmmədovdan danışırıqsa, öncə, hələ də futbol cameəsində danışılan bir lətifəvari “hadisəni” xatırlamağa ehtiyac var. Deyilənlərə görə, Elxan Məmmədov yenicə AFFA-nın baş katibi olarkən, stadionda futbola baxırmış. İlk hissədən sonra ayağa qalxaraq “evə getmirik”, deyə sual verib. Yanındakılar ona “hələ ikinci hissə də var” deyincə, təəccüblə “bəyəm oyun iki hissədən ibarət olur?” deyib.

Bunun nə qədər həqiqət olduğunu deyə bilmərik, amma həqiqət olmasa, lətifə olsa belə, bu lətifə Elxan Məmmədovun futbola nə qədər aid olduğunu ortaya qoyur və Azərbaycanın son 14 illik futbol tarixinə nəzər saldıqda, bu lətifəvari “hadisə”yə inanmağa məcbur olursan...

***

Deyilənə görə Elxan Məmmədovun 14 il müddətində Azərbaycan futbolunu barmağına dolamasında əsas hami şəxs böyük qardaşı Emin Məmmədov olub. Emin Məmmədov bu ilin əvvəlində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib və o, bu postda bu il yanvarın 9-da korrupsiya cinayətlərinə görə həbs edilən Vidadi Muradovu əvəz edib. Bu təyinatadək Emin Məmmədov Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

***

Yəqin ki, Azərbaycan futbolunun bərbaddan bərbad vəziyyətdə olduğunu söyləməyə ehtiyac yoxdur. Azərbaycan futbolsevərləri təbii olaraq özlərinə və ətraflarına sual verirlər: Azərbaycan futbolu niyə bu gündədir? Niyə illərdir bərbad vəziyyət davam edir və problem daha da dərinləşir və vəziyəti düzəltmək üçün AFFA heç nə eləmək istəmir? Doğrudan da, niyə? Bəlkə ona görə ki, problem elə AFFA-nı idarə edənlərdir?

Yəqin ki, elədir. Çünki atalarımızın təsbit etdiyi kimi, “balıq başdan iylənir”

***

Azərbaycan futbolunun bir nömrəli problemi məhz başda Elxan Məmmədov olmaqla AFFA rəhbərliyinin futbolu inkişaf etdirmək istəməməsidir. Bunun səbəbi isə çox sadədir. Elxan Məmmədov və komandası futbolun inkişafına ayrılan pulları mənimsəyirlər. Əgər futbolun inkişafını istəsəydilər, onda o pulları aidiyyatı üzrə yönəltməliydilər. Halbuki həmin pullar mənasız layihələrə sərf olunub. Və sonucda qazanan Azərbaycan futbolu deyil, Elxan Məmmədov və komandası olub.

Burda bir haşiyə çıxaraq bir xatırlatma etmək istərdik, bir neçə il əvvəl futbolumuzun ölümcül vəziyyətini xarakterizə edən Azərbaycan futbolunun tanınmış veteranlarından olan Asəf Namazov yerli mətbuata verdiyi müsahibəsində vəziyyəti belə şərh etmişdi: “AFFA-nın bu günə düşməyində də baş katibin böyük “əməyi” var. Dəllaldır bu. Bir kişi ki, “olveys” satıb, üzünə tüpür pul ver, qəbul edəcək. Arsız adamdır”.

Çox təəssüf ki, Elvan Məmmədov artıq veteranları da susdurmağa nail olub və deyilənə görə buna əsasən şantajla nail olub. Şantajın əsas mahiyyəti isə işbaz və hiyləgər icraçı vitse-prezidentin onu tənqid edənləri dövlətə və hakimiyyətin iradəsinə qarşı çıxmaqda ittiham etmək olub. Veteranlar özləri də deyirlər ki, onlar siyasətə qarışmaq istəmirlər...

Bəs futbol siyasətdirmi və futbolu bu günə salmaq, öldürmək, yox eləmək, milli futbolu bahalı və bahalı olduğu qədər də vecsiz və istedadsız legioner kadrlarla əvəz etmək dövlət siyasətidirmi? Deyil, amma görünür ki, futbolun neçə hissədən ibarət olduğunu bilməyən Elxan Məmmədov üçün bu belədir. Elə ona görə də o, bu siyasəti türünu yürüdür və onun bu siyasətinə qarşı olanları da asanlıqla dövlətin siyasətinə qarşı çıxmaqda ittiham edir...

***

Bir ölkədə futbolun inkişafında əsas faktor heç də xaric legionerlərin ölkəyə gətirib top qovması deyil. Bunu söyləmək belə yersizdir, amma nə yazıq ki, AFFA-nın icraçı vitse-prezideti və İcraiyyə Komitəsi üçün bu belədir. Çünki ortada olan mənzərə belədir.

Azərbaycan futbolunun müstəqil ölkəni təmsil etməsindən ötən bu illər ərzində dövlətin futbola qayğısından şikayətlənmək olarmı? Olmaz, çünki bu illər ərzində futbolun inkişafı üçün dövlət kifayət qədər vəsait ayırıb. Bəs bu vəsait əsasən hara yönləndirilməliydi? Təbii ki, uşaq futbol məktəblərinin yaradılmasına? Əgər inkişaf istəyirdiksə, bu belə olmalıydı və perespektivə qoyulan sərmayə bu gün çoxdan öz bəhrəsini verməli və Azərbaycanda güclü futbolçular yetişməklə yanaşı, eyni zamanda belə bir ənənə də yaranmalıydı.

Aradan 30 illik bir zaman keçir və bu 30 ilin ən pullu və keyfiyyətr baxımından məhsuldar olacaq dönəminə Elxan Məmmədov başçılıq etdiyinə görə ortadakı dəhşətli vəziyyətin hesabı da, elə ona kəsilməlidir?

Görəsən Elxan Məmmədov Azərbaycanda bir klubun normal futbol məktəbinə sahib olduğunu iddia edə bilərmi? Bilərsə, buyursun, iddasını ortaya qoyub, o klubu bizə göstərsin? Yoxdur, çünki AFFA-nın xətti ilə dövlət tətəfindən futbol məktəblərinə yönəldilən vəsaitlər mənimsənilib və həmin məktəblərə də istedlarına görə deyil, rüşvət müqabilində qəbul aparılıb. Yəni Azərbaycan cəmiyyətinin demək olar ki, çox sahələrdə yaşadığı tragikomediya futbolda da yaşanıb və yaşanmaqda davam edir...

***

Bəs Elxan Məmmədov bu 14 ildə Azərbaycan futbolunun inkifaını nədə görüb? Adam özünün yaratdığı sistem üzündən futbol məktəblərini Azərbaycanda yaratmağın imkansız olduğunu başa düşüb və üz tutub Almaniyaya. Orda Azərbaycan futbol məktəbini yaratmaq istəyib, amma nə baş veribsə, pullar “yuyulub” Elxan müəllimin hesabına göçüb və Almaniyada da heç bir Azərbaycan futbol məktəbini yaratmaq mümkün olmayıb?

Bir də axı niyə Almaniya? Axı “Neftçi”nin, “Qarabağ”ın, “Qəbələ”nin özünün yeniyetmə istedadlara, gələcəkdə klubun və millinin boşluqlarını dolduracaq bazaya ehtiyacı var. Almaniyada yetişən (ki, yetişmədi) bu baza klubların və millinin ehtiyaclarını nə qədər ödəyə bilərdi?

Elxan Məmmədovun legioner məşqşi və futbolçu həvəsi isə bitib tükənmir. O, hər il, ya da ildə iki dəfə Azərbaycan millisinin məşqçilərini dəyişir və buna görə on milyonlarla vəsait xərclənir. Sual olunur, niyə bu çoxsaylı məşqçilərdən heç biri uğurlu ola bilmədi?..

Bəs Azərbaycan futbol məşqçilərinin tarixinin fəxri və qüruru olan Qurban Qurbanon millinin məşqçisi kimi ancaq bir neçə ay davam gətirə bildi? Bəlkə ona görə ki, futboldan anlayışı tibbdən anlayışı qədər olan Elxan Məmmədova ancaq bu qədər dözmək olar?..

***

Əgər Elxan Məmmədovun rəhbərliyi altında futbolda qarşıya qoyulan hədəflərin heç birinə çata bilməmişiksə və bu hədəflərə yürüyürkən sözün həqiqi mənasında bir addımda irəli addım atmadan ancaq arxaya addımlammışıqsa, onda Elxan Məmmədovun bu postda qalması hansı məntiqə sığır? Bəlkə artıq millinin məşqçilərini deyil, AFFA-nın Şah Abbası taxtda görən gənc icraçı vitse prezidentini dəyişmək zamanıdır?

Elxan Məmmodov Azərbaycan futbolunun tragikomediyası olamaqla yanaşı, onun bu postda saxlayanılması həm də dövlətin və hakimiyyətin onun yürütdüyü “siyasəti” dəstəkləməsi anlama gəlir ki, bu daha böyük bir tragikomediyadır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar