Bazar, 28 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan, Türkiyə və Pakistanın iştirakı ilə çoxtərəfli təlimlər keçiriləcək

Yunanıstanın Fransa və ABŞ-la ikitərəfli hərbi əməkdaşlıq müqavilələri imzalaması, F-35 qırıcıları alması Egey və Aralıq dənizində gərginliyi artırır. Türkiyə isə Yunanıstanın silahlanmasına cavab olaraq öz ərazi sularında müttəfiqlərinin iştrakı ilə iki irimiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlərdə Azərbaycanın da iştirakı gözlənilir.

“Türkiye” qəzeti xəbər verir ki, “Nusret-2021” hərbi təlimləri oktyabrın 18-də Egey dənizinin şimalında keçiriləcək. “Şərqi Ağdəniz-2021” dəniz döyüş təlimlərinin isə noyabrın 1-də Aralıq dənizinin şərqində keçirilməsi planlaşdırılır.

“Nusret-2021” hərbi təlimlərinin Çanaqqala və Saros Körfəzi rayonunda keçiriləcəyi bildirilir. Bu təlimlərə Azərbaycan, Pakistan, Qətər, Liviya və Banqladeşlə yanaşı Ukrayna, Belçika və NATO-dan dəniz hərb elementləri cəlb olunacaq. Digər hərbi təlimlərdə isə Azərbaycan və Pakistan xüsusi təyinatlılarının iştirakı nəzərdə tutulur. Bu təlimlərə ABŞ özünün P-8 “Poseidon” kəşfiyyat təyyarəsini göndərəcək.

Xatırladaq ki, ötən aylarda Azərbaycan və Türkiyə silahlı qüvvələri bir -birinin ardınca birgə təlimlər keçiriblər. Habelə Azərbaycan, Türkiyə, Pakistan xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” təlimləri keçirilib. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

“Əli İnsanov 1000 avroya mənə arayış satıb” 

Ərdoğan Berdiməhəmmədov ilə 5 milyardlıq razılaşma imzaladı

Bakıda intihar edən qız “18+” videoları ilə şantaj edilirmiş - Foto

Sumqayıt Şəhər İcra Hakimiyyəti pulları hara xərcləyir? - Video

“Rusiya olmasa bizi bir neçə günə məhv edərlər...”

Rusiya mətbiatı Paşinyanın səs-küylü bəyanatından yazdı: “Qarabağ Azərbaycanındır”

ABŞ-ın neft siyasəti - “A” planı uğursuz oldu, bəs Baydenin “B” planı varmı?

Bakıda məşhur şadlıq saraylarında qanun pozuntuları aşkarlanıb

21 yaşlı qıza əlillik vermək üçün pul istənilib?

Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki vəziyyəti müzakirə ediblər

Ən çox oxunanalar