Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azəriqaz": "Təbii qaz üzrə tariflərin dəyişməsi qurumun rentabelli işləməsinə xidmət edəcək”

“İndiyə qədər abonentlər əhali üzrə istehlak etdiyi təbii qazın hər 1 200 kubmetrinə görə 10 qəpik ödəyirdisə, noyabrın 1-dən etibarən 12 qəpik ödəyəcək. Sənaye subyektləri üzrə sahibkarlar indiyə qədər ilkin limit üzrə 20 qəpik ödəyirdisə, gələn aydan bu məbləğ 22 qəpik olacaq”.

Bu sözləri “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” istehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

“Burda söhbət iki qəpik artımdan gedir. Bu iki qəpiklik artım çox böyük artım hesab olunmasa da, “Azəriqaz"ın daha rentabelli işləməsinə xidmət edəcək. Dövlətin üzərində olan əsas problemlərdən biri budur ki, dövlət qurumları və müəssisələri rentabelli işləsin, büdcədən asılılıq minimuma endirilsin. Hesab edirəm ki, qiymətin artırılması işin keyfiyyətinə, rentabelliyin daha yüksək səviyyədə olmasına xidmət edəcək. Digər limitlər üzrə, yəni 1 200 kubmetrdən 2 500 kubmetrə qədər və 2500 kubmetrdən çox olan limitlər üzrə heç bir qiymət artımı olmayacaq. Yəni qiymətlər əvvəliki kimi 20-25 qəpik həcmində saxlanılıb”, - deyə “Azəriqaz” rəsmisi bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar