Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı

2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.
44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kopitulyasiya aktını imzalamağa məcbur oldu. 30 illik münaqişəyə son qoyuldu. Hərbi-siyasi yollarla ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

İşğal dövründə Ermənistan Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qəsdən şəhər və kəndləri dağıtmış, bütün mədəni və dini abidələri məhv etmişdir. Ermənistanın məqsədi həmin ərazilərdə əsrlər boyu yaşamış Azərbaycan xalqının izini silməsi idi. Ermənistan beynəlxalq hüququn norma və prinsipini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də, işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla əsas insan hüquqlarını pozdu.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğura imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın ürəyi olan Şuşanın fəthi tariximizə “Zəfər Günü” kimi yazıldı. Çox keçmədi ki, işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bu müharibə dünya hərb tarixində xüsusi yer tutdu. Bu müharibə Ali Baş Komandan, Prezident İlham Əliyevin daha bir keyfiyyətini- sərkərdəlik məharətini üzə çıxartdı. Bütün Azərbaycan xalqı gördü ki, cənab Prezidentimiz İlham Əliyev bütün əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. 44 günlük müharibədə mühüm amillərdən biri də Azərbaycan Respublikası Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Dövlətimizin başçısı müharibə dövründə 30-dan çox Kütləvi İnformasiya Vasitələrinə müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.
Əldə etdiyimiz qələbə 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. Ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, insanların rifah halı daha da yaxşılaşıb, iqtisadi və sosial sahədə inkişaf güclənib, yoxsulluq faizi azalıb, çoxlu yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar dəfələrlə artıb.

Siyasi, iqtisadi imkanlarının gücləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir.

Prezident İlham Əliyev azad edilmiş rayonlara çoxsaylı səfərləri zamanı strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur. Bütün bunlar keçmiş məcburi köçkünlərin qısa müddətdə öz dədə-baba yurdlarına qovuşmaları üçün həm də, həsrətində olduğumuz torpaqlarımızın gülüstana çevrilməsi üçündür. Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub, birlik nümayiş etdirib. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-sioyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən- zirvəyə, qələbədən- qələbəyə, zəfərdən-zəfərə aparacaq.

Gülarə Verdiyeva

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Ən çox oxunanalar