Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Dəbilqə: Azərbaycan cüdoçusu qızıl medal qazanıb - Yenilənib

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ramazan Abdulayevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Ağayev qızıl medal qazanıb.

***

Azərbaycan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Ağayev finala yüksəlib. O, qızıl medal uğrunda dueldə Ramazan Abdulayevə (Rusiya) rəqib olub.

73 kq-dakı Hidayət Heydərov isə təsəlliverici görüşdə Denis Yatsevi (Rusiya) üstələyib. O, bürünc medal qarşılaşmasında Giyom Şenlə (Fransa) güləşəcək.

***

Azərbaycanın 6 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev Jolan Florimont (Fransa) və Genki Koguya (Yaponiya) qalib gələrək yarımfinala yüksəlib.

O, finala gedən yolda Sumiyabazar Enkhtaivanla (Monqolustan) üz-üzə gələcək.

66 kq-dakı İsmayıl İbrahimov 1/16 final mərhələsində Robin Korradoya (Fransa) uduzub. Eyni çəkidəki İbrahim Əliyev Xuan Ernandesi (Kolumbiya) mübarizədən kənarlaşdırsa da, Valid Khyara (Fransa) yenilib.

Hidayət Heydərov (73 kq) Enzo Gibelli (Fransa) və Aleksandr Gablerdən (Almaniya) güclü olub. O, 1/4 finalda Somon Mahmadbekovun müqavimətini qıra bilməyib. Heydərov təsəlliverici görüşdə Denis Yatsevlə (Rusiya) güləşəcək. Eyni çəkidəki Telman Vəliyev David Limaya (Braziliya) qalib gəlib, lakin 1/8 finalda Aleksandru Raicuya (Rumıniya) məğlub olub. 

Qadın cüdoçu İçinxorlu Muntsxedev 1/16 final mərhələsində Seija Ballhausu (Almaniya) üstələsə də, Priscilla Gnetoya (Fransa) uduzaraq medalsız qalıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar