Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinə həsr olunan "Biz" filmi beynəlxalq mükafat alıb

Bu gün İstanbulda VI Türk Dünyası Sənədli Film Festivalının qala gecəsi və mükafatlandırma mərasimi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, "Dünya Dili Türkcə" çərçivəsində keçirilən festivala ümumilikdə 13 ölkədən 226 sənədli film təqdim olunub.

“Türk mədəniyyəti” və “Türkün dünyaya baxışı” mövzularında tələbə nominasiyası üzrə 10, peşəkar nominasiya üzrə isə 16 film final mərhələsinə keçib.

Azərbaycandan festivala “Batalyon”, "Qalxan və qılınc" kimi bir çox ekran əsəri təqdim edilib, final mərhələsinə isə "Biz", "Son sütun", "Hədiyyə" və "Sonuncu" filmləri keçib.

Tədbirdə Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyevə "Biz" filminə görə "Münsiflər heyəti təşviq" mükafatı təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən hazırlanan 41 dəqiqəlik "Biz" tarixi-sənədli filmi Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Festivalda mükafatlandırılan filmlərin iştirakçı ölkələrdə nümayişi nəzərdə tutulur. Festival Türk Dünyası Jurnalistlər Federasiyası, Türk Dünyası Mədəniyyət, İncəsənət və Film Vəqfi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Ən çox oxunanalar