Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bennett İranın nüvə obyektlərini vurmaq üçün Putinin razılığını ala biləcək?

İranın nüvə obyektlərinin İsrail tərəfindən vurulması Rusiyanın regiondakı maraqlarına necə təsir edər?..

Politoloq:“Rusiya birmənalı olaraq nə İranın, nə də İsrailin tərəfində olmayacaq. Çünki Rusiya xarici siyasətini çox vektorluq əsasında həyata keçirir. Bu da o deməkdir ki, Rusiya İranla bərabər İsrailin də maraqlarını nəzərə alacaq”.

“Bildiyimiz kimi İranla İsrail arasında münasibətlər çox gərgindir. Bu münasibətlər artıq Yaxın Şərqdən Cənubi Qafqaz regionuna doğru irəliləyib”.

Bu sözləri politoloq Nəzakət Məmmədova İsrail Baş naziri Naftali Bennet ilə Rusiya Prezidenti Vladimir Putinin nəzərdə tutulmuş görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İsrail Baş naziri Naftali Bennettin Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi tarix bəlli olub. Məlumata görə, Bennett oktyabrın 22-də Soçiyə səfər edəcək və burada Vladimir Putinlə görüşəcək.

Tərəflərin təhlükəsizlik, iqtisadiyyat, regional məsələlər, ilk növbədə isə İranın nüvə silahlanmasını müzakirə edəcəyi vurğulanıb. Belə bir iddia var ki, İsrailin baş naziri İranın nüvə obyektləri vurmaq üçün Putinin razılıq alamaq istəyəcək.

Ümumilikdə Rusiya İsrailin regionda daha da aktivləşməsi məsələsində hansı mövqedən çıxış edə bilər? İranın nüvə obyektlərinin İsrail tərəfindən vurulması Rusiyanın maraqlarına necə təsir edər?

İran-İsrail və Rusiya münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Nəzarət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Cənubi Qafqazda Rusiyanın və İranın maraqları üst-üstə düşür. Yəni İran da, Rusiya da İsrailin Cənubi Qafqazda özünə geniş yer tutmasını istəmir”.

İsrailin baş naziri ilə Rusiya prezidenti arasında əsas mövzunun Cənubi Qafqaz və Qarabağ mövzusunun olacağını düşünən politoloq PİA.az-a açıqlamsında əlavə edib ki, Rusiya İsraildən imtina etmək əvəzində İrandan hansısa güzəştləri əldə edəcək:

“Bildiyimiz kimi İranla İsrail arasında münasibətlər çox gərgindir. Bu münasibətlər artıq Yaxın Şərqdən Cənubi Qafqaz regionuna doğru irəliləyib. Belə bir şəraitdə regionda hegemon güclərdən biri olan Rusiyanın kimin tərəfində olması çox vacibdir. Lakin Rusiya birmənalı olaraq nə İranın, nə də İsrailin tərəfində olmayacaq. Çünki Rusiya xarici siyasətini çox vektorluq əsasında həyata keçirir. Bu da o deməkdir ki, Rusiya İranla bərabər İsrailin də maraqlarını nəzərə alacaq. Heç bir tərəfə üstünlük verməyəcək.

Bildiyimiz kimi İranın, Rusiyanın və İsrailin Suriyada da toqquşan maraqları var. Rusiya Suriyada İranla oxşar mövqedən çıxış edir. Çünki İsrail Suriyanın parçalanmasını və Əsəd rejiminin çökməsini istəyir. İranRusiya isə Suriyada Əsəd rejiminin qalmasını və Suriyanın bütövlüyünün saxlanılmasını istəyir. Buna görə də Rusiyaİranın Suriyada maraqları üst-üstə düşür.

Demək olar ki, Cənubi Qafqazda da Rusiyanın və İranın maraqları üst-üstə düşür. Yəni İran da, Rusiya da İsrailin Cənubi Qafqazda özünə geniş yer tutmasını istəmir. Əlbəttə ki, İranRusiya Azərbaycan-İsrail münasibətlərinin irəliləməsini istəmir. Çünki son 200 illik tarix boyu İranRusiya Cənubi Qafqazı öz nüfuz dairələri hesab ediblər. İsrailin simasında yeni bir dövrlərin Cənubi Qafqazda olması həm Rusiyanı, həm də İranı narahat edir.

Nəzakət Məmmədova: “Düşünürəm ki, İsrailin baş naziri ilə Rusiya prezidenti arasında əsas mövzu Cənubi Qafqaz və Qarabağ mövzusu olacaq”.

Əminliklə demək olar ki, Rusiya əsla İranın mövqelərinə zərbə vurmağa İsrailə icarə verməz. Çünki hazırda Rusiyaİran bir çox məslələrdə müttəfiq sayılırlar. Buna görə də Rusiya istəməz ki, onun müttəfiqinə hansısa zərbə dəysin. Digər tərəfdən isə Rusiya və İsrail arasında Aralıq dənizi və dünyanın bir sıra bölgələrində fikir ayrılıqları var.

Başqa məsələ də odur ki, İsrail və Rusiya arasında ciddi sayılacaq qədər siyasi, iqtisadi və ictimai münasibətlər var. Bildiyimiz kimi SSRİ dağıldıqdan sonra Rusiyadan İsrailə çoxlu sayda yəhudi köçüb. İsraildə seçkilər zamanı həmin yəhudilərin seçimi Putinin mövqeyinə birbaşa uyğun gəliri. Buna görə də İsrail özünü müəyən qədər Rusiyadan asılı sayır.

Düşünürəm ki, İsrailin baş naziri ilə Rusiya prezidenti arasında əsas mövzu Cənubi Qafqaz və Qarabağ mövzusu olacaq. Yəqin ki, Rusiya İsraildən imtina etmək əvəzində İrandan hansısa güzəştləri əldə edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar