Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraqda yarışiə-yarışünni ittifaqı qurulur – Bağdad Tehrana “əlvida” deyəcəkmi?

İraqda keçirilən parlament seçkilərinin ilk nəticələri açıqlanıb.
 
Ovqat.com-un xəbər verir ki, İraq MSK-nın açıqlamasına görə, seçkiyə qatılan partiyalardan heç biri təkbaşına hökumət quracaq sayda millət vəkili çıxara bilməyiblər.
 
329 mandatlı parlamentdə ən çox deputat yeri qazanan Müqtəda əs-Sədrin partiyası Sədr Qrupu olub. Qrup sandıqdan 73 millər vəkili çıxarıb. Onu sünnilərin siyasi təşkilatı İraq Təqəddüd Partiyası təqib edir. Partiyanın 38 namizədi deputat mandatı qazana bilib. Seçkilərin 3-cüsü Hüquqi Dövlət Koalisiyası isə 37 millət vəkili ilə parlamentdə təmsil olunacaq. Dəqiq olmayan məlumatlara görə, Kürdüstan Demokratik Partiyasından 32 millət vəkili seçilib.
 
Görünən budur ki, İraqda hökumət qurmağa ən yaxın partiya Sədr Qrupudur. Onun quracağı hökumət ən azı 4 partiyanın koalisiyasından ibarət olacaq.
 
Sədr Qrupu indidən 2 ortağının kim olacağını bəyan edib. Qrupun sözçüsü İssam Hüseyn, “böyük ittifaq qurmaq üçün sünni lider Məhəmməd Helbusinin rəhbərlik etdiyi İraq Təkəddüm Partiyası və Kürdüstan Demokratik Partiyası (KDP) ilə əməkdaşlığa meylli olduğunu bildirib. KDR-in Bərzani əşirətinə bağlı, Bərzanilərin isə sünni olduğunu nəzərə alsaq, İraqın yeni hökumətinin İran şiəçiliyindən xeyli uzaqlaşacağı nəticəsi ortaya çıxır.


 
Üstəlik, İraqın yazılmamış qanununa görə, ölkənin prezidenti mütləq kürd, parlamentinin sədri sünni, Baş naziri isə şiə olmalıdır. Yeni hökumətdə Baş nazir şiə olsa da, onun formalaşdırdığı kabinetdə şünnilərin mühüm postlar tutacağı indidən aydındır. Yeri gəlmişkən, Baş nazirliyə ən yaxın namizəd Müqtəda əs-Sədrin də bacardığı qədər İranla məsafə saxladığı bilinir. Müqtəda əs-Sədrin 2017-ci ildə Səudiyyə Ərəbistanına səfəri və orada vəliəhd Məhəmməd bin Salmanla görüşməsi təkcə İraqda deyil, İranda da böyük şok yaratmışdı. Ekspertlər bu görüşdən çəkilən foto-şəkillərin paylaşılmasını İrana göndərilən açıq mesaj olduğuna və bu mesajla rəsmi Riyadın Sədri dəstəkləyəcəyini dosta-düşmənə çatdırıldığına inanırlar. Həqiqətən də bu görüşdən bir il sonra – 2018-ci ildə keçirilən seçkilərdə Müqtəda əs-Sədrin rəhbərlik etdiyi koalisiya ilk dəfə ən çox səs toplayan partiya olmuşdu. Di gəl ki, o, öz ətrafına yetərli səviyyədə deputat toplaya bilmədiyindən hökumət də qura bilməmişdi.
 
Üzərindən 3 il keçəndən sonra Sədr Qrupu qatıldığı seçkilərdə yenə də ən çox səs toplayan təşkilat kimi hökumət qurmaq haqqı əldə etdi. Onunla seçkinin ikincisi arasında hardasa iki qat fərq var və bu da Sədrin şansını artır. Sədr isə öz komandasını yalnız şiələrdən yox, həm də sünnilər arasından seçir. Bundan əlavə, parlament sədrinin və prezidentin də sünni olacağını hesaba qatsaq, İranın İraqa təsir imkanlarının məhdudlaşdırılmasının tamamlanacağı güman etmək olar.

Ən əsası isə, İraqın əsas söz sahibi olan Ayətullah Sistaniİran cizgisində deyil və zaman-zaman Həşdi Şabiyə qarşı yumşaq mövqeyini ortaya qoyur. Onun bu mövqeyi də anti-İran koalisiyasının əlini gücləndirir. 
 
İraqdakı bu əhval-ruhiyyənin formalaşmasının əsas günahkarı İrandır. ABŞ işğalından sonra hakimiyyətə gətirilən şiə hökumətlərinin yumşaq damarından və İŞİD təhlükəsindən sui-istifadə edən İran İraqı amansızcasına sömürərək və Həşdi Şabi kimi xalqın nifrətini qazanan qüvvələri dəstəkləyərək ölkədəki nüfuzunu tamamən itirdi. İş o yerə çatdı ki, İraq şiələri belə, 2019-cu ildə İranpərəst hökumətlərə və Həşdi Şabiyə qarşı ölüm-dirim mübarizəsinə qalxdılar. Son günlərə qədər davam edən bu mübarizədə yüzlərlə dinc sakin öldü, İraq iqtisadiyyatı iflic vəziyyətə düşdü. Hətta İran bu təhlükənin öz ölkəsinə də sıçrama ehtimalını nəzərə alıb uzun müddət İraqla sərhədləri bağladı. İran zülmünə qarşı aktiv mübarizəyə qalxan İraqlıların son parlament seçkilərinə bəslədiyi ümid nəticəsində etiraz dalğaları səngisə də, gözləntilər özünü doğrultmayacağı təqdirdə ölkənin yenidən xaosa sürüklənməsi qaçınılmaz olacaq.
 
Xatırladaq ki, İraq hökuməti xalqın Həşdi Şabiyə və İrana təsirlərinə qarşı ayaqlanması nəticəsində Körfəz Əməkdaşlıq Şurasının nəzarəti altında seçki keçirmək şərtilə razılaşmışdı. Bu isə faktiki olaraq İraqın İrandan təmizlənməsi mərhələsinin başlanğıcı demək idi.



Sözsüz ki, İran özü üçün həyati əhəmiyyət daşıyan coğrafiya olaraq gördüyü İraqdan asanlıqla çəkilməməyə çalışacaq. Onun Həşdi Şabi qüvvələrindən istifadə edib öz mövqeyini qorumağa çalışacağı şübhə doğurmur. Bu isə İraqı vətəndaş müharibəsinə sürükləyə və ərəb ölkələrinin prosesə müdaxiləsini şərtləndirə bilər. İranın xoşluqla İraqdan çəkilməkdən və ya bu ölkədə vətəndaş müharibəsinə qatılmaqdan başqa çarəsi qalmayıb. Hər iki hal İraq qapılarının İranın üzünə ədəbi bağlanması anlamına gəlir.
 
Qəribədir ki, İran Azərbaycan-Ermənistan konfliktində də strateji xətaya yol verərək, faktiki Cənubi Qafqaz qapılarını da öz üzünə bağlayıb. Fars körfəzi – Qara dəniz marşrutunu əldə saxlamaq üçün Azərbaycana qarşı Ermənistanı müdafiə etməsi heç bir nəticə vermədi. Tehranın bu dəhlizlə Avropaya çıxmaq gözləntilərinə Gürcüstan sərhədləri bağlayaraq son nöqtəni qoydu. Tehranın indiyədək yürütdüyü ermənipərəst mövqeyindən sonra Azərbaycan da ona alternativ marşrut verə bilməz, verməməlidir. Versə, özünün ciddi dövlət imicini şübhə altında qoymuş olar. 
 
İran eyni şəkildə öz yanlış xarici siyasətləri ilə Əfqanistan, Pakistan, körfəz ölkələri, Türkiyə qapılarını da öz üzünə bağlamış vəziyyətdədir. Hazırda İranın yalnız Oman körfəzi vasitəsilə dünyaya çıxış qapısı qalıb ki, bu su hövzəsində də onu İsrail və ABŞ kimi nəhəng “timsahlar” gözləyir. Ən əsası isə bu çıxış qapısı İranın arzuladığı “Bir Kəmər, Bir yol” layihəsinə qoşulmasını təmin etmir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar