Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Yunanıstan və Fransanın Türkiyəyə qarşı olan ittifaqına qoşulur?

İki NATO ölkəsinin üçüncü bir NATO ölkəsinə qarşı ittifaq yaratması və bu ittifaqı strateji hala gətirməsi nədən xəbər verir?..

Politoloq: “Biz yaxın vaxtlarda Ermənistan və Türkiyə arasında tamamilə başqa münasibətlərin şahidi ola bilərik”.

Ermənistan kimi cırtdan ölkənin bu ittifaqa qoşulub-qoşulmaması heç nəyi dəyişə bilməz”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın Yunanıstan və Fransanın Türkiyəyə qarşı ittifaqına qoşulmaq iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Yunanıstan və Fransanın Türkiyəyə qarşı ittifaqı daha da genişlənməkdə və strateji mahiyyət əldə etməkdədir. Bəzi məlumatlarda Ermənistanın da Yunanıstan və Fransanın Türkiyəyə qarşı ittifaqına qoşulacağını bildirirlir.

Qeyd edək ki, ötən həftə Fransa ilə Yunanıstan arasında müdafiə səhəsində yeni saziş imzalayıb. Yunanıstanın baş naziri bu sazişi yüksək qiymətləndirərk sazişin Türkiyəyə qarşı olduğuna da işarə edib.

Hazırda isə bəzi müşahidəçilər Türkiyə ilə Yunanıstan arasında silahlanma yarışının başlandığını bildirirlər. Bundan narahat olan Yunanıstanın keçmiş xarici işlər naziri George Katrouqalos bildirib ki, Afina hökumətinin Fransa ilə imzaladığı hərbi əməkdaşlıq müqaviləsi Yunanıstanın zərəinədir: "Türkiyənin ÜMM-si bizdən 4 dəfə çoxdur. Onların dövlət borcu ÜDM-nin 37 faizi, bizimki 210 faizi qədərdir, ən əsası isə hərbi ehtiyaclarının 75 faizi daxili müdafiə sənayesi tərəfindən qarşılanır. Bəs Afina hökuməti? Yunanıstan ordusunu ehtiyac duyduğu mərmiləri belə istehsal edə bilməyəcəyi vəziyyətə gətirdiniz. Müdafiə büdcəsini 40 faiz artırdınız, səhiyyə büdcəsini isə 12 faiz azaldaraq ölkəni təhlükəli bir silahlanma yarışına daxil etdiniz. Silahlanma yarışı əslində ölkənin müdafiə qabiliyyətini baltalayır. SSRİ də belə çökdü", deyə eks-nazir vurğulayıb.

İki NATO ölkəsinin üçüncü bir NATO ölkəsinə qarşı ittifaq yaratması və bu ittifaqı strateji hala gətirməsi nədən xəbər verir? Yunanıstan və Fransanı anti-Türkiyə İttifaqı hansı səviyəyə qədər inkişaf edə bilər və bu qarşıdurmanın Aralıq dənizinin şərqindən Cənubi Qafqaza qədər irəliləməsinə ehtimal vermək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloq Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Düşünmürəm ki, Ermənistan Yunanıstan və Fransa ilə Türkiyəyə qarşı ittifaqa qoşulacaq”.

Türkiyəyə qarşı qurulan ittifaqların tarixin arxivində qalacağını düşünən politoloq PİA.az-a açıqlamasında yeni Avropa və dünya düzəninin məhz Türkiyənin və bir sıra digər vacib ölkələrin liderliyi altında olacağını bildirib:

“Artıq bir müddətdir ki, Yunanıstan-Fransa ittifaqı mövcuddur. Bildiyimiz kimi vaxtıykən onlar Misiri, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini öz tərəflərinə çəkmişdilər. Hətta birgə hərbi təlimlərdən də söhbət gedirdi. Lakin ərəb dünyası ilə Türkiyə arasında bu yaxınlarda yeni açılım baş tutdu. Buna görə də hal-hazırda daha çox Yunanıstan və Fransanın Türkiyəyə qarşı bir ittifaqda olması heç kimdə şübhə doğurmayan məsələlərdən biridir.

Ermənistan kimi cırtdan ölkənin bu ittifaqa qoşulub-qoşulmaması heç nəyi dəyişə bilməz. Həmçinin düşünmürəm ki, Ermənistan Yunanıstan və Fransa ilə Türkiyəyə qarşı ittifaqa qoşulacaq. Əksinə biz yaxın vaxtlarda Ermənistan və Türkiyə arasında tamamilə başqa münasibətlərin şahidi ola bilərik. Paşinyan hökuməti üçün indi vacib məsələlərdən biri Türkiyə ilə mülayimləşmə siyasətinin həyata keçirilməsidir.

Zaur Məmmədov: “Bu Türkiyə üçün ilk deyil. Biz heç bir zaman bu dövlətlərin Türkiyənin yanında olduğunu görməmişik”.

Əlbəttə ki, Türkiyəyə qarşı müəyən qruplar düşmənçilik siyasəti yeridir. Biz ABŞ-ın Demokratlar partiyanın Fransa və Yunanıstanla eyni cəbhədə olmasını qeyd edə bilərik. Bu Türkiyə üçün ilk deyil. Biz heç bir zaman bu dövlətlərin Türkiyənin yanında olduğunu görməmişik. Hər zaman müxtəlif ittifaqlar Böyük Osmanlı dövlətinə qarşı, daha sonra isə Türkiyə Cumhuriyətinə qarşı qurulub. Lakin bu ittifaqlarına hamısı uğursuz olub.

İndi də Türkiyəyə qarşı qurulan ittifaqlar tarixin arxivində qalacaq. Önəmli olan odur ki, yeni Avropa və dünya düzəninin məhz Türkiyənin və bir sıra digər vacib ölkələrin liderliyi altında olmasıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar