Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qarabağdakı məğlubiyyətə görə 800-ə yaxın adama ittiham irəli sürüb: Siyahıda Araik də var

Ermənistanın İstintaq Komitəsinin hərbi-istintaq Baş idarəsi, Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamenti və Xüsusi İstintaq Xidməti 44 günlük Qarabağ müharibəsinin gedişində baş verənlər barədə bir sıra maddələr üzrə cinayət işi qaldırıb. Ermənistan KİV-ləri xəbər verir ki, bu cinayət işində müharibə vaxtı səfərbərlikdə yol verilmiş pozuntular, xidmət yerlərini özbaşına tərketmə, qanunsuz silah-sursat əldə etmə, çağırışdan yayınma, əmrləri yerinə yetirməmək, qəsdən özünə xəsarət yetirərək müharibədən yayınmaq, döyüş növbətçiliyi qaydalarını pozmaq və digər epizodlar araşdırılır.

Habelə cinayət işində Azərbaycan qoşunlarının cəbhənin cənub istiqamətində hücumları zamanı erməni qoşunlarının idarə edilməsi, Qarabağın mərkəzinə və Şuşaya hücum zamanı erməni komandirlərinin fəaliyyəti də araşdırılır. O cümlədən Lələ-Təpə istiqamətində rüsvayçılıqla başa çatmış əks-hücum cəhdi, Hadrut və Zəngilan şəhərləri, Böyük Tağlar, Taqavard, Sığnax, Daşaltı kəndləri və Şuşa şəhəri uğrunda döyüş epizodları üzrə də istintaq aparılır.

Bütün bu epizodlar üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Təkcə cənub istiqamətində döyüşlər epizodu üzrə 150-yə yaxın adamın adı keçir, onların arasında qondarma rejimin rəhbəri Araik Arutyunyan, “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan və digərləri də yer alır. Əldə edilmiş “sübutlar” əsasında 800-ə yaxın adama ittiham elan edildiyi bildirilir.(virtualaz.org)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Qarabağdakı erməni silahlıları tərksilah edilir - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Ən çox oxunanalar