Bazar, 17 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Merkeldən sonrakı dövrdə dünyanı nələr gözləyir?

Avropa Birliyi ölkələri, eləcə də ABŞ siyasi analitiklərin sağlam düşüncəyə, etik və intellektual inanclara güvənmədikləri bir siyasi dövrdən keçirlər...

İyad Ebu Şakra
“Şarkul Avsat” qəzeti, 26 sentyabr 2021-ci il

Son iki gün ərzində avtomobillərinə yanacaq doldurmaq üçün insanların yanacaqdoldurma məntəqələrində növbəyə durması ingilisləri şoka salıb. Bu səhnə Avropa Birliyindən çıxmaq üçün edilən önəmli səsvermədən (Brexit referendumu) sonra ingilislərin geri dönülməz şəkildə bitdiyinə inandıqları bir prosesi xatırlatdı.

Sağçı və solçu radikallardan ibarət ingilis bir qrup xaricilərə, xüsusən də ağ xristian avropalılara qarşı təkəbbürlü və həddindən artıq irqçi bir yanaşma ilə Avropadan ayrılmağın lehinə səs verdilər. Bu böyük komandadakı bəzi şəxslər Avropaya alternativ olan qapıların istehsalçıları, fermerləri və istehlakçıları ilə birlikdə avtomatik olaraq İngiltərə iqtisadiyyatına açılacağını düşünürdülər. Lakin bazarda rəqabətlə bağlı yanaşmalar və mənfəət-xərc hesablamaları arasında heç bir zəmanətin və ya dostluğun olmadığını gözardı etdilər.

Əlavə olaraq, sənayeləşmiş ölkələrin iqtisadiyyatı bir çox ölkədə istehsal olunan materiallardan asılıdır və buna görə də dərman, kimya, qida və maşın kimi bir çox sektorda istehsalat prosesi təchizat xəttinin kəsilməsi, kvotalar, maneələr, gömrük ödənişləri və vergilərdən təsirlənir. Brexit-in nəticələri demək olar ki, yalnız özü ilə məhdudlaşsa da, bu gün iqtisadi və istehlak problemləri yaşayan təkcə İngiltərə deyil. Bütün dünyanı sarsıdan Covid-19 pandemiyasının yaratdığı xaos və qarışıqlıqdan başqa, Avropa Birliyi ölkələri, eləcə də ABŞ siyasi analitiklərin sağlam düşüncəyə, etik və intellektual inanclara güvənmədikləri bir siyasi dövrdən keçirlər.

Bunların təhlükəli sözlər olduğunu qəbul edirəm. Ancaq İngiltərədə bir seçici olaraq məni maraqlandıran məsələlərlə bağlı hesabat istəməyə haqqım var. Bəli, məni aldatdıqlarını və ya gözlədiyim kimi oynamadıqlarını düşünsəm, proqramlarına və ya sözlərinə əsaslanaraq səs verdiyim şəxsi və ya partiyanı məsuliyyətə cəlb etmək mənim haqqımdır, hətta vəzifəmdir.

Almaniya və Fransadakı vəziyyətə gəlsək, İngiltərədən də çox uzaqlaşmış olmarıq.

Almaniya 16 il hakimiyyətdə olduqdan sonra, bəlkə də, bütün Avropada rasional və məsuliyyətli demokratiyanın ən yaxşı ifadəsi olan kansler Angela Merkel hakimiyyətinin sonuna çatır. Mən səmimi qəlbdən ümid edirəm ki, Merkelin varisi Avropanı, xüsusən Macarıstanı, Polşanı və bir çox qitə ölkələrini məhv edən ekstremist meyillərdən xilas edən şüurlu, etik və əhatəli siyasətlər qəbul edərək onun yolunu davam etdirəcək.

Parlamentə daxil olmaq üçün minimum seçki həddinə malik olan proporsional seçki sistemi Almaniya federal sistemi ilə yanaşı, Almaniyaya 20-ci əsrdə baha başa gələn nəzarətsiz populizm və irqçiliyə qarşı adekvat müdafiə təmin edir. Həm də əsas alman partiyalarının məsul qüvvələri öz təcrübələrindən anladılar ki, sağ və sol radikalların təhlükəsini dəf etmək üçün hər iki tərəfdən mülayimlərin birgə yaşamağa üstünlük verməsi vacibdir. Həqiqətən də, iki böyük partiyanın (mühafizəkar Xristian Demokrat Birliyi və Sosial Demokrat Partiyası) mülayim qanadları İkinci Dünya Müharibəsi fəlakətindən sonra Almaniyanın intibahına rəhbərlik etdi. Bu müddətdə hər iki tərəf mülayim hökumətlərə və ya geniş şəkildə təmsil olunan koalisiya hökumətlərinə rəhbərlik etdi.

AvropaABŞ-da qloballaşma, demoqrafiya və texnologiya səbəbindən getdikcə təhlükəli hala gələn ifrat sağçı radikalizmə qarşı bu geniş konsensus bu günə qədər Almaniyanı gücləndirdi. Üstəlik, Merkelin yanaşmasının uğur qazanmasına da kömək etdi. O, Rusiya ilə qaz boru kəməri layihəsi səbəbindən bir müddət gərginləşən ABŞ ilə əlaqələr də daxil olmaqla, Almaniyanın qitədə və xarici çətinliklər qarşısında mövqeyinin möhkəmlənməsini dəstəklədi.

Lakin bu gün Fransada bunun əksi baş verir. Bu gün ona qarşı radikal olan şəxslərin geniş cəbhəsi arasındakı rəqabət fonunda prezident Emmanuel Makronun fransız seçicilərini şantaj etməsi qarşıdan gələn seçkilər ərəfəsində onun üçün bir zəmanət kimi görünmür. Makronun hətta arxasını çevirdiyi mülayim fransız solu da Jan-Luk Melençonun populist solu qarşısında öz cazibəsini itirdi.

Sağlara gəlincə isə ifrat sağçı jurnalist Erik Zemmurun rəhbərliyi altında hətta Milli Birliyin lideri Marin Le Pen əleyhinə də ifratçılığın şahidi oluruq. Bu arada, Makronun xarici siyasəti Livanda İranı razı salmaq cəhdindən tutmuş, Fransanın Avstraliya ilə sualtı müqaviləsini itirməsinə və nəticədə, Vaşinqton, Kanberra və Londonla münasibətlərin gərginləşməsinə qədər geriləmişdir.

Seçiciləri radikalizmlə qorxutmaq indiyə qədər Makrona xeyir verib. Lakin bu vəziyyət daimi bir strategiya ola bilməz. Həmçinin, daha geniş Avropa səhnəsində alman ağırlığının olmaması bir çox problemləri də ortaya qoya bilər:

1) ABŞ-ın problemli “nəzarətçi” rolunu oynamaqdan çəkinməsi;

Bu şəkildə təqaüdə çıxmaq yalnız müttəfiqlər və dostlar üçün deyil, həm də Amerikanın əsas prinsipləri bahasına güzəştə getməyə, geri çəkilməyə və sakitləşməyə meyilli olan Demokrat Partiya ilə Amerikanın dövlət qurumları üçün təhlükəyə çevrilmiş sərt, yeniyetmə və macəraçı bir Respublikaçı müxalifət arasındakı qeyri-sağlam bir müharibənin məhsuludur.

2) Radikal qüvvələrin artması səbəbindən Avropa Birliyinin özünün üzləşdiyi təhlükə;

Bu güclərin bir qismi Macarıstan və Polşa kimi Şərqi Avropa ölkələrində hakim olmağa başlayıb. Bundan əlavə, böyük güclərin gizli dəstəyini alan irqçi, populist və marjinal hərəkatlar da var.

3) ABŞ-ın qitə və Yaxın Şərqdən çəkilməsindən istifadə edərək, keçmiş Sovet İttifaqı roluna qayıtdan Rusiyanın rolunun artması;

Bu təhlükənin qarşısında “ideoloji olaraq” bölünmüş Vaşinqton Asiya və Sakit okean hövzəsindəki Çin probleminə daha çox diqqət yetirir.

4) Vaşinqtonun Avropa müstəmləkə və mandat gücləri də daxil olmaqla, ənənəvi “müttəfiqləri” ilə münasibətlərində ən azından Afrika və Yaxın Şərq kimi bir sıra regional qaynar nöqtələrdə qarışıqlığın ortaya çıxması;

Şübhə yoxdur ki, həm Pekinin, həm də Moskvanın iqtisadi ambisiyalara əlavə olaraq, iqtisadi və geosiyasi təsirlərə və mövqelərə malik olduğu sahələr də mövcuddur. Neft və bazarlar Qərbin İranla “normallaşması” hesablamalarında mühüm elementlər olsa da, Çinin “Bir Kəmər və Bir Yol” planı, Rusiyanın qaz boru kəmərləri, Qvineya boksiti və Əfqanıstan lityumu həm məsuliyyətli, həm də etikaya sahib olan tarixi liderlərin yoxluğu fonunda strateji istiqamətlərdə Qərbə qarşı meydan oxumaların daha da artacağının göstəricisidir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az 


Etiket: Merkel Almaniya

Şərh yazın.


Digərxəbərlər

Populyar xəbərlər

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Azərbaycanda əhalinin istehlak etdiyi elektrik enerjisinin və təbii qazın qiyməti artdı

Elektrik enerjisi üzrə tariflərin dəyişdirilməsi hansı səbəblərdən qaynaqlanır

"Tarif Şurası qiymətləri artıranda Prezident İlham Əliyev də onun acığına maaş və pensiyaları artırır" - İlqar Məmmədov

SOCAR qazın istehlak qiymətinin artırılmasının səbəblərini açıqlayıb

“24 günlük Vətən Müharibəsi” deyən direktor işdən çıxarıldı - Video

Hüseynün: İranın Azərbaycanda İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənən yeni hərəkatı

Putin amerikalı jurnalistə qarşı seksizmdə günahlandırıldı - Foto,Video

"Toya yazdırdığım pula heyfim gəlir" - Zaur Baxşəliyev

Məhkəmədə Bəxtiyar Hacıyev və Ülviyyə Alovlu arasında dava - Video

Ən çox oxunanalar