Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Vətən Müharibəsi Memorial Kompleksi ərazisində xüsusi şüalarla Zəfər tağı simvolizə edilib

Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.

Aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri buraxıblar.

Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib. Yürüş zamanı dövlətimizin başçısı və birinci xanım Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyublar.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddət ərzində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

DTX şefinin sözləri Ermənistanda həyəcan yaratdı

Kamran Əliyev işdən çıxardığı prokurora yeni vəzifə verdi - Foto

Xəstəxana direktorunun rüşvət almasının görüntüləri yayılıb - Video

Elnur Əşrəfoğlu dəfn olunub - Yenilənib, Fotolar

“Kontakt Home”nin yeni fırıldağı və deputatın troll şəbəkəsi...

Yardımlıda zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi açıldı

Bölgəyə xüsusi təyinatlılar da göndərildi, irimiqyaslı hərbi əməliyyatlar gözlənilir

Nazir 88 min manat mənimsəyən direktoru işdən çıxardı – Foto

Azərbaycanda sayt rəhbəri və əməkdaşı həbs edilib

Çin İran-Azərbaycan qarşıdurmasında maraqlı tərəfdir və Tehranı bu qarşıdurmaya sürükləyir?

Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləri, ölən isə bacısı oğludur

Ən çox oxunanalar