Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahibə Qafarova Qazaxıstana gedib

Sentyabrın 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının Türküstan şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Türküstan şəhərinin Həzrət Sultan Beynəlxalq Hava Limanında nümayəndə heyətini Qazaxıstan Parlamenti Məclisinin sədr müavini Pavel Kazantsev, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan, TÜRK PA-nın Baş katibi Altınbek Mamayusupov, ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri TürkPA-nın 10-cu plenar sessiyası çərçivəsində keçiriləcək Şura iclasında və sessiyanın işində iştirak edəcək. Parlamentin spikeri Sahibə Qafarovanın plenar sessiyada çıxışı gözlənilir.

Tədbirdə təşkilata üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, o cümlədən qonaq qismində Özbəkistan və müşahidəçi qismində Macarıstanın parlament nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatları, müşahidəçi və digər qurumların təmsilçiləri iştirak edəcəklər. Sessiyanın sonunda Türküstan Bəyannaməsi imzalanacaq, KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar