Şənbə, 16 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tanınmış səyahətçilər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Azərbaycanda səfərdə olan bir qrup tanınmış səyahətçi işğaldan azad edilmiş Ağdamda minatəmizləmə prosesi ilə tanış olub.

PİA.az xəbər verir ki, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) region üzrə əməliyyat meneceri Ehtiram Cəfərov ərazinin minalardan təmizlənməsi, həmçinin aşkar edilmiş mina və hərbi sursatın zərərsizləşdirilməsi prosesinin necə həyata keçirildiyi barədə onlara məlumat verib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd yolların və əsas nəqliyyat infrastrukturunun minalardan təmizlənməsidir: “Hazırda dəmir yolu sahəsinin minalardan təmizlənməsi həyata keçirilir. Təmizlənmiş 2 km-lik ərazidə 40-dan çox mina aşkar edilib. Təkcə yollarda 100-dən çox mina aşkar edilib”.

O, Ermənistanın təhvil verdiyi mina xəritələrinə əsasən Ağdam rayonu ərazisində 97 min minanın basdırılmış olduğunu deyib.

Xatırladaq ki, sentyabrın 27-də Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq kommersiya uçuşu baş tutub. Tanınmış beynəlxalq səyahətçilər sınaq uçuşu ilə Füzuliyə təşrif buyurublar. Füzuli hava limanından sonra onlar Ağdama və Şuşaya səfər edəcəklər. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Toyuna köhnə sevgilisi gəldi, anası onu dilənçi bildi, oğlu cinayətkar oldu - 10 maraqlı fakt

Paşinyan “qaş düzəldən yerdə göz çıxardı”... – Əliyevin İrana yönəlik ittihamlarını təsdiqlədi

Naxçıvana avtomobil və dəmiryolu açmağa hazırıq - Paşinyan

Arvadından xəbərsiz evi satan polis polkovniki həbs edildi - Özünü subay göstərib

Bakının mərkəzində ticarət obyektləri yanır, ətrafda yaşayan sakinlər təxliyə edilir - Foto / Video / Yenilənib

Kovid peyvəndindən sonra trombozun yarandığını göstərən əlamətlər

Gəlinindən Mətanətə: "Pulun var deyə, mənə zərbələr vurursan"

ABŞ Türkiyəyə 40 təzə F-16 satmasa zarafat gerçəkləşəcək...

Ən çox oxunanalar