Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Güney Azərbaycanlılar SEPAH-ın hərbi təliminə qatılmaqdan imtina ediblər

İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) siyasi təbliğat və Azərbaycana mesaj məqsədi güdən hərbi təlimi faciə və uğursuzluqla, eləcə də nəzərdə tutulan məqsədlərə çatmadan yarımçıq dayandırılıb...

Güney Azərbaycanlılar İslam İnqilabı Keşikçiləri Korpusunun Araz kənarına qoşun çəkərək öz soydaşlarına qarşı keçirilən manevr təlimlərinə qatılmaqdan imtina ediblər.

PİA.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Kanalın əldə etdiyi mötəbər məlumatlara görə, SEPAH-ın Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi təlimlərə bilərəkdən və zorla cəlb etdiyi Güney Azərbaycanlılar bu təlimlərdə iştirak etməkdən imtina ediblər. Belə ki, Azərbaycan Respublikasının sərhədçiləri tərəfindən İran yük maşınından yarım ton heroin aşkar edildikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Araz kənarına qoşun çəkməsi SEPAH-ın hərbi birləşmələrində xidmət edən soydaşlarımız tərəfindən boykot edilib.

“Azad İran” Teleqram kanalının verdiyi xəbərə görə, bu da İran silahlı qüvvələrində geniş narazılığın yaranmasına səbəb olub. Ona görə, SEPAH-ın komandanlığı hərbi təlimə İranda yaşayan başqa xalqların nümayəndələrini cəlb etməyə məcbur olub.

Habelə “Azad İran” yazır ki, təlimlərdə iştirak edən qüvvələr arasında atışma baş verib, canlı qüvvə arasında çox sayda ölən və yaralanın olduğu, habelə hərbi texnika və nizami təchizatın itirildiyi bildirilir.

Bu üzdən də İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) siyasi təbliğat və Azərbaycana mesaj məqsədi güdən hərbi təlimi faciə və uğursuzluqla, eləcə də nəzərdə tutulan məqsədlərə çatmadan yarımçıq dayandırılıb.

“Azad İran” Teleqram kanalının yaydığı məlumatda İran ordusunda kütləvi narazılığın və etirazların baş qaldırdığı xüsusilə vurğulanır.

pia.az




Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Ən çox oxunanalar