Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pentaqon PKK-ya 177 milyon dollar xərcləyəcək

ABŞ Müdafiə Nazirliyi tərəfindən Suriyanın şimalındakı YPG/PKK silahlılarının hərbi potensialını gücləndirmək üçün 2022-ci ildə 177 milyon dollar ayrılacaq.

PİA.az xəbər verir ki, bu xərclər bəndi Pentaqonun gələn il üçün büdcəsində yer alır. Büdcə layihəsi təsdiqlənmək üçün bu gün Konqresin müzakirəsinə təqdim edilib.

Ötən gün sentyabrın 25-də Konqresin Nümayəndələr Palatası 316 səslə büdcəni təsdiqləyib. Layihəyə əsasən Pentaqonun ümumi büdcəsi 778 milyard dollar olacaq. Həmin vəsaitin 522 milyon dolları İraqSuriyada İŞİD-lə mübarizəyə sərf olunacaq. Vəsaitin 345 milyon dolları İraq üçün nəzərdə tutulub, Suriya üçün nəzərdə tutulan məbləğ isə 177 milyon dollardır.

Həmin vəsaitin demək olar ki, hamısı ABŞ-ın “Suriya Demokratik Qüvvələri” adlandırdığı və kürdlərdən ibarət silahlı birləşmələrə xərclənəcək. Həmin silahlı birləşmələr YPG/PKK terrorçularından təşkil olunub. ABŞ-ın YPG/PKK terrorçularına dəstəyi Türkiyə ilə Vaşinqton arasında son illər yaranan soyuqluğun əsas səbəblərindən biridir. Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün səfər etdiyi Nyu-Yorkda jurnalistlərə açıqlamasında ABŞ-ın Suriyaİraqda terrorçulara dəstək verərək Türkiyə ilə müttəfiqlik münasibətlərini zədələdiyini bildirib. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Türkiyənin gündəmi olan cinayət: Gülərək qardaşının meyitini suladıqlarından danışdı - Video 

Ən çox oxunanalar