Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Postsovet məkanın iki nadinc ölkəsi...” - Rusiya və Ermənistanı birləşdirən dəyərlər

“Moskva məhz özünün yaratdığı münaqişlərdə özü üçün müstəsna “sülhməramlı” rolu tələb edir”...

“The National Interest”, ABŞ

İkinci Dünya Müharibəsindən sonrakı dövrdə dövlət sərhədlərinin bütövlüyü prinsipi dəyişməz qalıb. 1950-ci və 1960-cı illərdə BMT-də irəli sürülən “öz müqəddəratını müəyyən etmə hüququ”nun tətbiqi isə yalnız Avropa imperiyalarının müstəmləkələrinə şamil edilirdi.

Separatçılıq kampaniyası ancaq iki dəfə uğur qazanıb: 1971-ci ildə Banqladeş Pakistandan, 1991-ci ildə isə Eritreya Efiopiyadan ayrılanda. 1970-ci illərin ortasında isə irredentizmin (qonşu ərazilərin özünə birləşdirilməsi) təzahürü özünü Mərakeşin Qərbi Saharaya, İndoneziyanın isə Şərqi Timora soxulmasıyla bir daha göstərdi. “Soyuq müharibə”dən sonra dövlətlərin ərazi bütövlüyünü Rusiya Federasiyası Moldovada Dnestryanı, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Ukraynada Krım münaqişəsilə təhdid edir. Bu ərazilərə iddialar BMT-nin “öz müqəddəratını təyinetmə” hüququna uyğun deyil, çünki bunlar mövcud dövlətlərin tərkibinə daxildirlər.

Qərb 2008-ci ildə Kosovanın müstəqilliyini müdafiə edəndə, yeni presedent yarandı. Rusiya Kosovo presedentindən istifadə edərək, 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın “müstəqilliyini” və 2014-cü ildə Krımın “öz müqəddəratını təyin etməsini” dəstəklədi. Ancaq onun 2014-cü ildə “Novorossiya” layihəsi çərçivəsində Ukraynanın cənubundakı ruspərəst üsyanı qızışdırmaq istəyi baş tutmadı.

Rusiyanın dezinformasiya kampaniyasında deyilir ki, Ukraynada vətəndaş müharibəsi gedir. Kreml Ukraynanın şərqində Rusiya ordusunun mövcudluğunu inkar edir. Ermənistan isə hesab edir ki, Krım kimi Dağlıq Qarabağın da “öz müqəddəratını təyin etmək” hüququ var.

1991-ci ildə müstəqil dövlət olan 13 sovet respublikasının qonşularına qarşı ərazi iddiası olmayıb və onlar dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyiblər. Bu 13 dövlətdə irredentizm millətçi marginal dairələrlə məhdudlaşır, hərçənd ki, İranda Azərbaycanın özündəkindən iki dəfə artıq azərbaycanlı, Əfqanıstanda isə Tacikistandakı taciklərdən 3 milyon çox tacik yaşayır.

Rusiya prezidenti Vladimir Putin iddia edir ki, Ukrayna Sovet İttifaqının dövlət siyasəti sayəsində genişlənib. Amma Kuban və Ukraynanın ətraf rayonları  1920-ci illərdə Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) tərkibinə daxil edilib. Ukraynanın özü isə SSRİ-yə birləşdiriləndə 200 min kvadrat kilometr ərazisini itirdi. O ki qaldı ərazi bütövlüyünə hörmət bəslənməsinə, bu xüsusda postsovet məkanında RusiyaErmənistan iki müstəsna ölkədir. Millətçilik nəzəriyyəçisi Benedikt Andersenin fikrinə görə, hər iki ölkənin “təxəyyüldəki əraziləri” müasir dövrümüzdə ictimai quruluş şəklinə düşüb. Bu təxəyyül məhsulu böyük millətlər haqqındakı söyləmlərə və qədim əfsanələrə söykənir. Belə ki, Rusiya öz şüurunda orta əsr “Kiyev Rus Dövləti”ni, Ermənistan isə “Böyük Ermənistan”ı canlandırır.

Ruslar və ermənilərin təxəyyülündəki torpaqlar hər iki ölkənin mövcud sərhədlərini aşır və əhalinin itirilmiş ərazilərə nostalgiya hissi duyan kəsimi tərəfindən geniş dəstək görür. 2005-ci ildə Putin Sovet İttifaqının dağılmasını “əsrin böyük geosiyasi fəlakəti” adlandırmışdı. Erməni millətçiləri isə 1920-ci ildə yerinə yetirilməmiş “Sevr müqaviləsi” əsasında qurulacaq “Böyük Ermənistan” ideyası ilə çıxış edirlər.

Rusiya irredentizminin kökləri dərindir. Tanınmış tarixçı Riçard Payps (Richard Pipes)izah edir ki, Rusiya milli dövlətə çevrilməmişdən öncə imperiya idi və ona görə də, bu vəziyyət sərhədlər məsələsində dolaşıqlıq yaradır. Bunun əksinə, İngiltərə və Fransa əvvəl milli dövlət olublar və bundan sonra imperiya qurublar. Ruslar Rusiya və Sovet İttifaqını bütöv və eyni məhfum kimi qəbul edirlər.

Ukrayna və Pribaltika müxalifətçilərindən fərqli olaraq, rus millətçiləri heç zaman RSFSR-in müstəqilliyi üzərində durmayıblar, bunun əvəzinə onlar SSRİ-ni yeni imperiyaya çevirməyə çalışıblar.

RSFSR SSRİ-dən ayrılmaq barədə qərar verməyib. Hər il bayram edilən “Rusiya Günü” 1990-cı ilin iyununda qəbul edilmiş suverenlik haqqında bəyannaməyə əsaslanır. 1991-ci ildə irticaçıların baş tutmayan çevrilişindən sonra RSFSR özünü sovet institutlarının varisi elan etdi.

Yetmiş il ərzində ruslar Sovet İttifaqını Rusiya hesab ediblər. 1991-ci ildən bu yana Rusiya ikili məqsəd güdüb: rus torpaqlarını bir yerə yığmaq (şərqi slavyan), Avrasiyanı suveren dövlətlər ittifaqında birləşdirmək. Və beləliklə də Müstəqil Dövlətlər Birliyinə (MDB) inteqrasiya yoluyla SSRİ-ni dirçəltmək.

1996-cı ildə hələ Boris Yeltsin hakimiyyəti zamanı təklif olunan və Belarusun suverenliyini əhəmiyyətli dərəcədə məhdudlaşdıran “Rusiya-Belarus ittifaqı” gələn ay imzalanacaq. Rusiya prezidentləri Yeltsin və Putin israr edirdilər ki, SSRİ-nin varisi olaraq Rusiyanın Avrasiya məkanına təsir sferası kimi baxmaq hüququ var və Qərb hanısısa “Yalta-2” sammitində bunu qəbul etməlidir.

Yəni bu o anlama gəlir ki, keçmiş sovet respublikaları Rusiyanın təsir sferasının bir parçasıdırlar, əgər bu respublikalar Gürcüstan və Ukrayna kimi Qərblə inteqrasiyaya çalışarlarsa, o zaman Rusiyapərəst separatizmlə qarşılaşacaqlar.

Rusiya hesab edir ki, Avrasiyadakı digər sovet respublikalarından fərqli olaraq, yalnız onun özü “həqiqi suverenliyə” malikdir. Rusiyanın düşüncəsinə görə, Qərb bu respublikları rusafob təbliğatı üçün istifadə edir və Avrasiya dövlətləri arasında fikir ayrılığı salır.

Rusiyanın Ukrayna barəsində iki əsas dezinformasiyası var. Bunlar “süni dövlət” və “ABŞ-ın marionetkası” sözləridir.

Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin dediyi kimi, “imtiyazlı maraqlardan” və özünün hegemon təsir sferasından irəli gələrək, Rusiya rəngli inqilabları ABŞAvropa Birliyi tərəfindən həyata keçirilən qəsd sayır. Rusiya NATO ilə hesablaşmaq istəmir və Avropa Birliyinin genişlənməsini həzm edə bilmir. Moskva məhz özünün yaratdığı münaqişələrdə özü üçün həmişə müstəsna “sülhməramlı” rolu tələb edib.

On milyonluq erməni diasporu ABŞ və Fransada daha güclü təsirə malikdir. Bundan əlavə, bu diaspora Sovet İttifaqının bütün diasporaları içərisində ən güclüsüdür. İkinci yerdə üç Pribalatika respublikası, üçüncü yerdə isə ukraynalılar gəlir.

Erməni diasporunun təsiri bir çox cəhətdən mühümdür. Böyük Britaniya Xarici İşlər Nazirliyinin səndlərində deyilir ki, erməni diasporu Dağlıq Qarabağ münaqişəsinin və Ermənistan-Türkiyə münasibətlərinin kompromis yolla həllinə ciddi əngəl törədir. Böyük Britaniya XİN-in fikrinə görə, güclü və təsirli diaspora İrəvanın manevr imkanlarını məhdudlaşdırır.

Bütün 20-ci əsr boyunca Ermənistanda ən nüfuzlu güc “böyük Ermənistan” ideyasının dəstəkçisi “Daşnaksutyun” partiyası olub. "Daşnaksutyun” ABŞ-dakı ən gücül erməni təşkilatı “Erməni Milli Komitəsi”ndə aparıcı partiyadır. "Daşnaksutyun” 1918-ci ildə Ermənistan respublikasında hakimiyyətdə olub.

“Soyuq müharibə” zamanı erməni diasporası 1915-ci il hadisələrinin genosid kimi tanınmasına çılışıb. Bununla yanaşı ermənilər Türkiyəyə qarşı ərazi iddiaları irəli sürüblər. Terror təşkilatı olan “ASALA” da həmçinin “Böyük Ermənistan” ideyasını dəstəkləyir və genosidi tanımağı tələb edirdi. Bundan başqa eyni məqsəd daşıyan daha iki terror təşkilatı(JCAG və ARA) vardı.

1975-1991-ci illərdə “ASALA” SSRİ DTK-nın maddi-texniki dəstəyi və Fələstin terrorçuları vasitəsilə xeyli sayda partlayış və qətl hadisələri törətdi. Bu terror aktlarında 66 nəfər ölmüş, 229 nəfər yaralanmışdı. NATO məmurları və türk diplomatları bu terrorun qurbanı olmuşdular.

Keçmiş Sovet respublikaları diasporalarından heç biri terrorçuluqla məşğul olmayıb, hətta 1933-cü ildəki “Qolodomor”un genosid kimi tanınmasına çalışan Ukrayna millətçiləri də bu yola baş vurmayıblar.

1966-cı ildən 1980-ci illərə kimi SSRİ-də gizli fəaliyyət göstərən “Ermənistan Milli Birlik Partiyası” (National United Party-NUP) da “Böyük Ermənistan”ın yaradılması və genosidin beynəlxalq səviyyədə tanınmasını qarşısına məqsəd qoymuşdu.

1980-ci illərin sonunda “NUP” və digər milliyətçi erməni qrupları Şərqi Türkiyəyə (ermənilər buranı Qərbi Ermənistan hesab edirlər), Dağlıq Qarabağa, Naxçıvana və həmçinin də Gürcüstanın Samçxe-Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürdülər.

1990-cı ilin avqustunda qəbul olunmuş Ermənistanın müstəqillik bəyannaməsində “1915-ci ildə Osmanlı Türkiyəsindəki genosidin beynəlxalq səviyyədə qəbulu və Qərbi Ermənistanın Ermənistana birləşdirilməsi” tələbi yer alıb. Birinci Qarabağ Müharibəsində(1988-1994) Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi.

1990-cı illərdə erməni diasporunun milli zəmindəki təsiri xeyli artıb. ABŞ-ın diplomatik teleqramında deyilir: ”1991-ci ildə müstəqillik əldə etdikdən sonra erməni diasporunun üzvləri Ermənistana qayıdaraq, hakimiyyətin icra və qanunverici qolları daxil olmaqla, hökumətin bütün səviyyələrdəki vəzifələrində işləyirlər”. 2008-ci ilin iyununda Ermənistan Xarici İşlər Nazirliyinin nəzdində diaspora ilə iş üzrə şöbə yaradıldı. Diasporanın Ermənistana təsiri özünü “Erməni məsələsi”ində (“Hay dat”) daha bariz göstərir. ”Erməni məsələsi”nə əsasən, ermənilər müasir Türkiyənin şərq hissəsinə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına ərazi iddiaları irəli sürürlər.

Erməni diasporu və Ermənistanın siyasi partiyaları hesab edirlər ki, 1915-ci il erməni genosidinin tanınması “Sevr müqaviləsi”nin yerinə yetirilməsinin xəbərçisi ola bilər.

Ermənilərin 80 faizi hesab edir ki, onların ölkəsi Türkiyəyə ərazi, maliyyə, mülkiyyət və digər iddialar irəli sürməlidir. 2013-cü ildə Ermənistanın baş prokuroru Aqvan Ovsepyan bəyan etmişdi ki, Ermənistan Respublikası itirilmiş torpaqları geri qaytarmalıdır.

"Sevr müqaviləsi"nə əsasən, Şərqi Türkiyənin altı vilayəti Ermənistan Respublikasına keçməliydi və bu, Ermənistana Aralıq dənizinə çıxış imkanı verəcəkdi. İndiki Türkiyə-Ermənistan sərhədi 1921-ci ilin oktyabrında bağlanmış "Qars müqaviləsi"nə əsaslanır və bu müqavilə Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı sərhədləri tənzimləyir. "Qars müqaviləsi" 1921-ci ilin martında bolşevik Rusiyası ilə Türkiyə arasında bağlanmış "Moskva müqaviləsi"nin əsasında qurulub.

Cənubi Qafqazı işğal edən bolşeviklər Şərqi Türkiyəni qoparmaq istəyən erməni irredentləri ilə deyil, Türkiyə Respublikasının başçısı Mustafa Kamal Atatürklə yaxşı əlaqələr qurmağa üstünlük verdilər. Avrasiyanın iki nadinc ölkəsi olan RusiyaErmənistandan başqa, digər keçmiş sovet respublikaları SSRİ-nin daxili sərhədlərini beynəlxalq sərhədlər kimi tanıyır. Otuz ildir ki, Rusiyanın təhlükəsizlik siyasəti Avrasiyada donmuş münaqişə ocaqları yaradıb, Krımın ilhaqı, davam edən Rusiya-Ukrayna müharibəsi və "Sevr müqaviləsi" əsasında “Böyük Ermənistan” ideyasının dəstəklənməsi onu göstərir ki, hər iki ölkə müvafiq sərhədləri aşmağı düşünür.

Bundan sonrakı dövrdə Rusiya ilə Qərbin münasibətləri pis olaraq qalacaq və sanksiyalar da aradan qalxmayacaq. Krımın işğalı davam edəcək. Rusiya-Ukrayna münaqişəsi Zelenskinin hesab etdiyi kimi, iri miqyaslı Rusiya-Ukrayna müharibəsinə gətirib çıxaracaq.

Ermənilər möhtəşəm Türkiyəyə qarşı reallığa uyğun gəlməyən ərazi iddialarını gələcəkdə də irəli sürəcəklər və həm də “şərqi Ermənistanın”(Qərbi Azərbaycan-red) İkinci Qarabağ Müharibəsində itirilməsi ilə barışmayacaqlar. Erməni millətçiləri 1920-ci ili və 2020-ci ili eyni cür – “böyük Ermənistan” arzusunun məğlubiyyətə uğraması kimi qəbul edirlər.

“Böyük Ermənistan” düşüncəsinə söykənmək Azərbaycanla sülh müqaviləsi imzalamağa imkan vermir, bu isə Ermənistanda siyasi gərginliyin artacağı və onunla birlikdə Üçüncü Qarabağ Müharibəsi təhlükəsini artıracağı anlamına gəlir.

Tərcümə: AzPolitika.info-ya aiddir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Ortada yeyib, qıraqda gəzən Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu

“Dedi, ana, Elçini Rövşən Əkbərov öldürdü, məni də ağzımdan vurdu...” - Qətlin yeganə şahidi

Azərbaycanlı məşqçi həbs edildi - Seksual zorakılıqda ittiham olunur

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

Hikmət Hacıyev “Haber Global”ın efirindən İrana mesaj verdi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay