Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Antonio Quttereş Azərbaycanın pandemiyaya qarşı qlobal təşəbbüslərini yüksək qiymətləndirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Antonio Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə təbrik edib. Daha sonra tərəflər regiondakı son vəziyyəti müzakirə ediblər.

Ceyhun Bayramov BMT baş katibinə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə ErmənistanAzərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Nazir həmçinin Ermənistanın hələ birinci Qarabağ müharibəsi zamanı itkin düşən 4 000-ə yaxın azərbaycanlı barədə bu günədək hər hansı məlumat verməkdən imtina etdiyini qeyd etdi və bunun qəbuledilməz olduğunu vurğuladı.
Baş katib Bakıya səfərlərini və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, salam və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Antonio Quterreş Azərbaycanın dövlət başçısının QH sədri qismində irəli sürdüyü COVİD-19 pandemiyası qarşı qlobal əhəmiyyətli təşəbbüslərin yüksək qiymətləndirdiyini qeyd edib. Baş katib həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası sayəsində Azərbaycanda milli səviyyədə görülən işləri təqdir edərək, BMT-nin bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşdirilməsində marağını ifadə edib.

Baş katib o cümlədən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğuladı.

O, Ermənistan Azərbaycan münaqişəsinin humanitar fəsadlarının aradan qaldırılması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Görüşdə tərəflər həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Ortada yeyib, qıraqda gəzən Oqtay Əsədovun Eldar Mahmudovun qapısından böyük biznesə açılan yolu

Ən çox oxunanalar