Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“YAŞAT” Fondu tərəfindən "Şəhid əmanətləri Şuşada" layihəsinə start verilib - Foto

Sentyabrın 25-də “YAŞAT” Fondunun, İctimai Televiziya və Radio Yayımları Şirkətinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Şəhid əmanətləri Şuşada” layihəsinə start verilib.

APA-nın məlumatına görə, sentyabrın 27-dək (25-26 sentyabr) davam edəcək layihə çərçivəsində bu gün şəhidlərimizin övladlarının Şuşa şəhərinə səfəri təşkil olunub.

Səfər müddətində iştirakçılar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın zəngin tarixi, mədəni irsi, quruculuq və bərpa işləri ilə yerindəcə tanış olmaq imkanı əldə edəcəklər.

Şuşa qalasının qarşısında baş tutan açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Alızadə, şəhidimiz Şəhriyar Quliyevin valideynləri, şəhidlərimizin övladları iştirak ediblər.

Qonaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbədən söz açıblar. Onlar bu qələbənin əldə edilməsində canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin Azərbaycan xalqı tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıblar.

Sonra iştirakçılar Cıdır düzünə, Molla Pənah Vaqifin məqbərəsinə, Yuxarı Gövhərağa məscidinə, Bülbülün ev-muzeyinə ekskursiya ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nəcməddin Sadıkov və qudası tanınmış iş adamının biznesinə “çöküblər”

Prezident Administrasiyasının əməkdaşı vəfat etdi

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Bakıda böyük əməliyyat keçirildi: 48 nəfər saxlanıldı

İki ŞOK bir arada: Əli İnsanovun partiyasını qeydiyyata aldılar və AzTV onu təbliğ etdi

Xankəndi boşalır – Erməni ictimai-siyasi fiqurlar həyəcan təbili çalır

“Kayrat” komandası qəza ilə bağlı açıqlama yayıb - Yenilənib

Kürdəmirin sabiq başçısına hökm oxundu - 8 il 6 ay

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

İran maşınları Azərbaycan ərazisindən keçəcək – Köçəryan

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Ən çox oxunanalar