Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan ödənişli ictimai işlər proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq məsələlərinin operativ həllində mühüm rola malikdir. Bu gün məqsəd bu proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnmələri üçün proqramın imkanlarının artırılmasıdır.

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi məsələlərinə həsr olunan iclasda bildirib.

Nazir qeyd edib ki, hazırda 56 min insanın çalışdığı ödənişli ictimai işlər proqramı getdikcə şaxələndirilir, əhatə etdiyi fəaliyyət sahələri aidiyyəti qurumlarla birgə layihələr əsasında genişlənir və bu proses davam edəcək. Beləliklə, proqramın işçi qüvvəsinin məşğulluqla yanaşı, müxtəlif fəaliyyət sahələrində işləyərək müvafiq peşələrə sahiblənmək imkanları da artmış olur. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihə əsasında proqram üzrə 2 min şəxs baytar köməkçisi işinə cəlb olunub və bu fəaliyyət həmin şəxslərə təkcə aylıq əməkhaqqı deyil, həm də baytarlıq üzrə ilkin peşə bacarıqları qazandırır. Həmin peşə bacarıqları hesabına da gələcəkdə müstəqil şəkildə məşğulluq imkanları əldə edə biləcəklər.

S.Babayev eyni zamanda, proqramın icrası işlərinin peşə hazırlığı sistemi ilə əlaqəli təşkilinin önəmli ola biləcəyini deyib. Bildirib ki, hazırda ödənişli ictimai işlərdə çalışanların müəyyən peşələrə olan maraqları, ilkin bacarıqları, müsbət iş təcrübələri əsasında onların peşə hazırlığı kurslarına yönləndirilməsi təmin edilə bilər. Ümumilikdə ictimai işlər proqramı bu işlərə cəlb olunan, ilkin peşə hazırlığı olmayan işsiz və işaxtaranların müəyyən peşə bacarıqlarının formalaşmasına və inkişafına da öz dəstəyini verməli və onlar üçün müxtəlif peşə sahələri üzrə daimi məşğulluğa keçid imkanı yaratmalıdır.

Nazir ictimai işlər portalının yaradılmasının önəmini vurğulayıb. Proqramın icrası üzrə fəaliyyətin optimallaşdırılması, iş yükünün və sənəd axınının azaldılması, kağız üzərində məlumatların toplanmasının aradan qaldırılması, monitorinq-nəzarət imkanlarının gücləndirilməsi və bu sahədə operativliyin təmin edilməsi baxımından portalın xüsusi önəmini vurğulayıb.

İclasda Nazirliyin tabelyindəki “DOST İş” Mərkəzinin direktoru Firudin Cəbrayılov mərkəzin ötən dövrdə gördüyü işlər və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib. Həmçinin ictimai işlər üzrə monitorinqlərin təşkili, elektronlaşma proqramının icrası və s. üzrə təqdimatlar edilib, müzakirələr aparılıb.

pia.az 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Təbrizin yeni fars valisinə "türk şilləsi" – SEPAH generalının təqdimat mərasimində skandal - Video

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Canəli Əkbərovun evindən görüntülər hər kəsi kövrəltdi - Video

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Dünyanın ən bahalı qidası: Kilosu 11 min dollara satılır - Video 

Dostlarının üz döndərdiyi, adı qalmaqallarda hallanan Xalq artisti haqqında bilinməyənlər - Foto

Putin Qazaxın kəndlərini nəzərdə tutur? - Bakı ilə irəvan hansı əraziləri dəyişdirə bilər? - Video

Ən çox oxunanalar