Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.

80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub.

70 kq

1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) - 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) - 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) - 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 0:3

80 kq

Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) - 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) - 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) - 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) - 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0

Qeyd edək ki, ötən gün dünya çempionatında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanıb. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar