Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT nümayəndə heyəti Tərtərdə faktaraşdırıcı missiya həyata keçirir

Ombudsman Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) ekspertlərdən ibarət nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə məruz qalmış Tərtər rayonunda həyata keçirir.

Ombudsman Aparatından bildirilib ki, nümayəndə heyəti müharibə dövründə beynəlxalq humanitar hüququn qaydalarına zidd olaraq yaşayış məntəqələrinin atəşə tutulması faktları ilə yerində tanış olub.

Faktaraşdırıcı missiya çərçivəsində qonaqlar əvvəlcə Tərtər şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən qadağan olunmuş silahlardan istifadə edilərək atəşə məruz qalmış yaşayış binaları və digər sosial obyektlərə baxış keçiriblər. Nümayəndə heyəti zərərçəkmiş sakinlərlə görüşdə İkinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri barədə məlumatlandırılıb. Daha sonra İƏT MDİHK-ın nümayəndə heyəti insan tələfatına və mülki obyektlərin dağıdılmasına səbəb olmuş ağır artilleriya və raket hücumları ilə bağlı sübutlara da yerində tanış olub.

Qeyd edək ki, nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar