Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MMP 27 Sentyabr – Anım günü ilə bağlı Bəyanat verdi

“Azərbaycan özü öz haqqını 44 gün ərzində aldı”...

Müasir Müsavat Partiyası (MMP) 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat imzalayıb.

Bəyanatda deyilir:

Azərbaycan 2020-ci il sentyabrın 27-də özünün ərazi bütövlüyünün təminatı uğrunda haqq-ədalət savaşına qalxdı.

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hərbi hücumuna cavab olaraq, Azərbaycan əks-hücum həyata keçirərək, işğalçı dövlətin hərbi qüvvələrinə qısa zaman kəsiyində layiqli cavab verdi. İkinci Qarabağ savaşı dünya ictimaiyyətinin diqqətini bir daha regiona çəkdi. Bu dəfə Azərbaycan artıq 1994-cü ildən başlayaraq az qala 30 il müddətində münaqişənin nizamlanması missiyasını üzərinə götürən, lakin ikili standartlar, ermənipərəst mövqe göstərərək prosesin uzanmasına rəvac verən ATƏT-in Minsk Qrupu həmsədrlərinin, eləcə də ən yüksək beynəlxalq tribuna olan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin icrasını özü həyata keçirdi.

30 ildir müasir, qloballaşan, mədəniyyətlərarası dialoqa imza atan, dünyaya sülh, humanizm, tolerantlıq prinsiplərini təbliğ edən, yüksək statuslu beynəlxalq təşkilatlar və dövlətlər nədənsə müasir tariximizdə bir dövlətin işğalçılığına, soyqırım siyasətinə, vandalizminə, bəşəriyyətə utanc gətirən, insanlığa sığmayan siyasətinə göz yumdular. Azərbaycan bu 30 il müddətində Ermənistanın və onun havadarlarının separatçı, işğalçı siyasəti nəticəsində böyük zərərlərə məruz qaldı.

Sovet hakimiyyəti qurulandan sonra, hansı ki, tarixi faktlar göstərir ki, həmin dövrdə Azərbaycanın əzəli tarixi torpaqları sovet pərdələyici imperialist siyasəti nəticəsində alınaraq, onun üzrərində Ermənistan dövləti yaradılmışdı. Azərbaycana qarşı əks siyasət sovet pərdəsi altında ardıcıl şəkildə aparılmaqla, Ermənistan Azərbaycanın əraziləri hesabına genişlənirdi. Bu siyasət 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra yenidən bu müstəqilliyi sovet imperiyasının hərb maşını ilə dağıtmağa çalışdılar.

Topxana meşəsinin erməni-rus bolşevikləri tərəfindən dağıdılması Azərbaycan xalqını, millətini ayağa qaldırdı. Millət öz haqları uğrunda öz canları ilə düşmənə sipər oldular. 1990-cı ildə dünya tarixinə utanc gətirən Rusiya imperialist siyasətinin, erməni vandallığının simasını ifadə edən 20 yanvar faciəsi törədildi. Azərbaycan matəmə qərq oldu. 20 yanvar faciəsinin qurbanları ilə salınan Şəhidlər Xiyabanı Azərbaycan torpaqlarının işğalı zamanı silaha sarılaraq torpağını müdafiə edənlərin məzarları ilə genişlənərək böyük bir Xiyabana çevrilib.

Baxın, 20 yanvar faciəsini törədən həmin o imperialist qüvvələr, sonradan yaranan həmin o Minsk Qrupu, həmsədr dövlətləri nədən bu qətliamı araşdırıb o cinayətkarların cəzalandırılmasını təmin etmədilər? Əksinə, Qarabağ münaqişəsini getdikcə alovlandıraraq, Azərbaycanın torpaqlarını işğal etməkdə davam etdilər. Heç bir hərbi qaydalara, üsullara riayət etmədən, alçaqcasına, vəhşicəsinə Azərbaycanın kənd və rayonlarına hücumlar edib, soyqırımlar törədib, uşaq, qoca, qadın – fərqinə varmadan hər kəsi nizədən keçirdilər. Kəlbəcərdə Başlıbel, Daşaltı qətliamlarından sonra Xocalıda ermənilərin törətdiyi soyqırım faktı heç bir əndazəyə sığmır.

İllərdir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədalət kompaniyası çərçivəsində səsimiz dünyaya nə qədər çatdırıldı, bildirildi, amma dünya bunu görmək istəmədi. Beynəlxalq təşkilatlar Ermənistanı işğalçı adlandırıb ona qarşı sanksiya tətbiq etmədi. Üstəlik ABŞ-da, Rusiyada, Fransada və digər xarici ölkələrdə olan erməni lobbisinin verdiyi pullarla ağızları yumulan bu təşkilatlar bütün bunlar azmış kimi regionda xalqların “öz müqəddaratını təyinetmə prinsipi”, “xalq diplomatiyası” və hansısa bu cür adlarla aparılan siyasətlə guya Azərbaycana işğal siyasətini unutdurub yenidən erməniyə dəstək oldular.

Bir dövlətin sərhədləri pozulursa, torpaqları işğala məruz qalırsa, ölkə daxilində milyonlarla insan qaçqın, məcburi köçkün vəziyyətinə salınırsa, evləri dağıdılıb kəndləri xarabalığa çevrilirsə, torpaqları işğal edilirsə, bu təşkilatlar o yerdə sülhü, əminamanlığı necə bərqərar etmək sitəyirdi? Niyə Ermənistanı işğaldan əl çəkməyə məcbur etmirdilər?!

Nəhayət, Azərbaycan 30 illik səbrdən və beynəlxalq təşkilatların haqq-ədaləti bərpa edəcəyindən əlini üzdü və özü öz haqqını 44 gün ərzində aldı. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin torpaqların azadlığı və bütövlüyü uğrunda apardığı diplomatik savaşa “dəmir yumruq”la son qoydu. Azərbaycan 2020-ci il noyabrın 8-də Şuşanın erməni işğalından azad olunması ilə tarixi zəfərə imza atdı. 9 Noyabr atəşkəs bəyanatı ilə diplomatik müstəvidə üç rayonun azad olunması da Azərbaycanın böyük qələbəsidir və diplomatik müstəvidə gedən mübarizə bu gün də davam edir.

“Dəmir yumruq” əməliyyatı bu gün də aktualdır. Azərbaycan ictimaiyyəti, siyasi partiyalar, ziyalılar – hər kəs həmin o “dəmir yumruq”da birləşib və özünün ərazi bütövlüyünün təhlükəsizliyini qorumaqla yanaşı, öz suverenliyinin bərpası uğrunda sonadək birgə mübarizə aparacaq. Bizim “dəmir yumruğumuz” şəhidlərin qanı ilə, qazilərin döyüş ruhu ilə, xalqın vətənpərvərlik eşqi ilə daha da möhkəmlənib, bərkiyib. Azərbaycana göz dikən yağı düşmən bundan sonra hər hansı hərbi hücumlara, təxribatlara yol verərsə, daha ağır zərbələr alacaq.

Biz Müasir Müsavat Partiyası olaraq, 27 Sentyabr – Anım Günü ilə əlaqədar bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan-xalq birliyi.

Qarabağ Azərbaycandır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar