Bazar, 24 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ali Baş Komandan: "İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi gücünü əyani nümayiş etdirdi"

"Azərbaycan uzun müddət öz potensialının möhkəmləndirilməsi üzərində çalışırdı. Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “Nasionalnaya oborona” jurnalına eksklüziv müsahibəsində bildirib.

“Biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi üzərində çalışırdıq. Bunu ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə həyata keçirirdik. Çünki hansısa maliyyə təsirindən, yaxud kredit resurslarından asılı olduğumuz zaman Azərbaycanın Silahlı Qüvvələrini modernləşdirə bilməzdik. Bu səbəbdən, demək olar ki, Prezident vəzifəsinə gəldiyim ilk gündən etibarən iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işlərə başlanıldı. Hesab edirəm ki, 6-7 ilə buna nail ola bildik”, - dövlət başçısı bildirib.

Prezident əlavə edib ki, müasir silahlanma və hərbi texnikanın alınması baxımından Azərbaycanın Silahlı Qüvvələrinin modernləşdirilməsi də sürətli templə həyata keçirilirdi.

“Təbii ki, ordumuzun döyüş qabiliyyətinin artırılması üzərində gündəlik iş aparılırdı... Görülmüş kompleks tədbirlər güclü hərbi qüvvə yaratmağa imkan verdi. İkinci Qarabağ müharibəsi də bunu əyani nümayiş etdirdi. Biz, 2016-cı il aprel döyüşləri zamanı öz imkanlarımızı məhdud şəkildə nümayiş etdirdik. Həmin vaxt torpaqlarımızın bir hissəsi işğaldan azad edildi və biz Ermənistan tərəfinə hər şeyi götür-qoy etməyə və işğala son verməklə bağlı qərar qəbul etməyə imkan yaratdıq. Lakin təəssüf ki, həmin vaxt bizim dayanmağımız Ermənistan tərəfindən düzgün anlaşılmadı və bunun da cəzasını çəkdilər”, - İlham Əliyev deyib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İrandan Ərdoğanın açıqlamasına reaksiya: “Etnik xalqlardan qorxmaq...”

Ruslar Qarabağ müharibəsinə aid elə görüntülər yaydı ki… - Fotolar

İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb

İran Bakı qarşısından “rus çörəyi”nə görə geri çəkildi

Fərqanə Qasımova həbsdə olan həyat yoldaşı haqda sirləri açdı

Qiyamət günü Allah yanında ən ali məqama bu insanlar malikdir

İranın Azərbaycan əleyhinə təbliğat maşını – Video

Tanınmış jurnalistin bacısı səhhəti ilə bağlı prezidentə müraciət etdi

“Çökəklikdə cənnət” - rus mediası Qarabağa axan xarici investisiyadan yazır

“Putin sülhməramlıların müddətinin uzadılmasında israrlı deyil”... - Kremlin xəritələri sülhü yaxınlaşdırırmı?

Ən çox oxunanalar