Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva bizim seçkiyə hücum edir! – Almaniya mətbuatı

Sentyabrın 26-da Almaniya parlamentinə – Bundestaqa seçki keçiriləcək. Seçki başa çatandan sonra ölkədə yeni hökumət və yeni hökumət başçısı (kansler) müəyyənləşəcək.

Seçkiqabağı kampaniya bir neçə aydır gedir. Novator.az-ın məlumatına görə, Almaniyanın “Bild” qəzeti yazır ki, bu dövrdə rusiyalı hakerlər Bundestaqın məlumat bazasına durmadan hücum edirlər.

Qəzetin “Moskva bizim seçkiyə hücum edir! Putinin hakerləri şifrələri oğurlamağa çalışırlar” başlığı altında dərc etdiyi məqalədə deyilir ki, hücumları “Ghostwriter” adlı haker qruplaşmasının üzvləri həyata keçirirlər. Bu qrupun Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə aid olduğu iddia edilir. Ona görə də “Bild” qəzeti bütün bunları Rusiya prezidenti Vladimir Putinin hücumu kimi qiymətləndirir və belə bir sual verir: “Görəsən Putin bizim Bundestaqın deputatlarından oğurlanan məlumatlarla nə etmək fikrindədir?”

Almaniyanın dövlət qurumlarının hakerlərin ələ keçirdiyi məlumatlardan Putinin nə vaxt, necə, nə məqsədlə istifadə edəcəyi sarıdan çox narahat olduğunu vurğulayan qəzet yazır: “Belə görünür ki, məlumatlardan parlament seçkisindən sonra istifadə olunacaq. Onlardan daha çox hökumət koalisiyası qurulması üçün danışıqlar aparılan zaman istifadə ediləcəyi gözlənir”.

“Bild” yazır ki, oğurlanan məlumatlar məxfi informasiyalar deyil, əsasən gündəlik yazışmalar, deputatların bir-birilərinə elektron poçt vasitəsilə göndərdiyi məktublardır. Ancaq qəzet bu yazışmaların əldə edilməsinin də təhlükəli olduğunu diqqətə çatdırır. Çünki həmin məktublarda ayrı-ayrı partiyaları təmsil edən şəxslərin bir-biriləri haqda mənfi xarakterli fikirləri yer ala bilər. Belə fikirlərin ictimailəşməsi isə seçkidən sonra parlament partiyalarının koalisiya hökuməti qurmaq istədiyi vaxt problemlər yarada bilər.

Seçkilərin Keçrilməsinə Nəzarət Komissiyasından da qəzetə deyiblər ki, haker hücumlarında əsas məqsəd yazışmalardan kompromat kimi istifadə etməkdir.

Komissiyadan qəzetə onu da bildiriblər ki, hakerlər Bundestaq üzvlərinin elektron poçtlarının şifrələrini kütləvi şəkildə ələ keçirməyə çalışırlar.

Rusiyanın bu işdə tək “Ghostwriter” qrupundan deyil, pul mükafatı müqabilində başqa hakerlərin xidmətindən də yararlandığı vurğulanır.

Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Gerhard Şindler “Bild”ə deyib ki, Moskva xeyli vaxtdır ayrı-ayrı cinayətkar haker qruplaşmaları ilə əməkdaşlıq edir, çünki bu ölkənin xüsusi xidmət orqanlarının, o cümlədən hərbi kəşfiyyatının haker əməliyyatlarının hamısını yalnız öz imkanları hesabına həyata keçirmək gücü yoxdur. (Mənbə: Bild.de)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar