Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Medallarını satışa çıxaran qazi ilə bağlı rəsmi açıqlama

Qazi Səid İskəndərov İman oğlunun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə müraciəti 11.02.2021-ci il tarixində bank hesabına 2 500 AZN (iki min beş yüz manat) vəsait köçürülməklə təmin edilib.

Bunu anews.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirdi:

“O, 2021-ci ilin iyununda Fondun Çağrı Mərkəzinə (8110) yenidən müraciət edib və müalicə psixoloji dəstək xərclərinin ödənilməsi ilə bağlı yox, növbəti dəfə məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə dəstək göstərilməsini istəyib. Müvafiq müraciətin qeydə alınması üçün ondan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin olunmasına dair çıxarış istənilib, lakin o müvafiq sənədi təqdim etməyib. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti istisna olmaqla (tibb üzrə müraciətlər epikriz əsasında da qəbul edilir) yaralıların digər istiqamətlər üzrə müraciətləri zamanı əlilliyin təyin olunmasına dair çıxarış təqdim edilməlidir. Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla bağlı müraciətlərin hər birinə həssaslıqla yanaşılılır. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər “YAŞAT” Fondu tərəfindən qarşılanır.”, – deyə mətbuat katibi öz açıqlamasında bildirdi.

Qazi Səid İskəndərov “Xocavəndin azad olunmasına görə” aldığı medalı satması ilə bağlı elan yerləşdirmişdi. Qazi saytlardan birinə açıqlamasında bildirmişdi ki, diqqətdən kənarda qaldığı üçün belə bir addım atıb:

“Bu medalları müharibədə canımı ortaya qoyub qazanmışam. İndi yardım olunmadığı üçün satıram. Kim istəsə alsın. Vətən Müharibəsi medalıdır. Mənim mənəvi dəstəyə ehtiyacım var. Elə bil ki, bir atanın üç övladı var, övladlardan ikisi evə qayıdır, biri qayıtmır. Qayıtmayan üçüncü övladı ata axtarar da, düzdür? Bizim də ehtiyacımız var axtarılmağa. Fonddan mənə əlilliyin təsdiq olunmasının lazım olduğunu bildiribmişdilər. Əlilliyin təsdiq olunması üçün də, çox prosedur var. İnsanları get gələ salırlar. Bizə göndəriş verirlər, amma vaxt baxımından çatdırmırıq. Saat 17:00-da qapını bağlayırlar ki, iş vaxtı bitti. Sonra da yenə eyni şey. Hazırda istədiyim müalicə dəstəyidir. Psixoloq müalicəsi istəyirəm. Başqa heç nə”,- deyə qazi məlumat verib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Qarabağdakı erməni silahlıları tərksilah edilir - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

Putin Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına münasibət bildirib

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Ən çox oxunanalar