Cümə axşamı, 21 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda 9 iri şirkət ləğv olunur

Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus olan 10 iri şirkətin ləğvetmə proseduru başlayıb. virtualaz.org xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən “Azərşüşətara” MMC, “Azərtütün”, “Bakı Ayaqqabı”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları”, “Azərpambıq” ASC ləğv olunur. Kreditorlar iki ay ərzində öz tələblərini aşağıdakı ünvana təqdim edə bilərlər: AZ1006, Bakı ş, Yasamal r.nu, Qədirli küçəsi, 125.

Maraqlıdır ki, həmin şirkətlərin ləğvi haqda eyni məzmunlu elan bu ilin yanvarında da verilmişdi. Aydın deyil ki, bu şirkətlər ləğv olunaraq başqa adla yenidən təsis olunacaqlar, yaxud ümumiyyətlə aktiv kimi onların ləğvindən söhbət gedir.

Bəs bu şirkətlər haqda nə məlumdur və onların ləğvinin mümkün səbəbləri nədir?

Virtualaz.org qeyd edir ki, bu şirkətlərin hamısı bir vaxtlar dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankının investisiyaları hesabına açılmışdı, lakin onların heç biri kredit şəklində qoyulan investisiyanı geri qaytaracaq qədər rentabelli olmadı və zərərli aktivlər kimi sonradan “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına verildi. “Aqrarkredit” QSC isə bu aktivlərin əsasında yeni müəssisələr təsis etmişdi, amma daha sonra həmin müəssisələr yeni yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verildi. Korporasiya isə həmin müəssisələrin bəzilərini 2018-ci ildə fərqli hüquqi adlarla yenidən təşkil etmişdi.

Azərbaycan Sənaye Korporasiyası” 2017-ci ildə dövlət aktivlərinin səmərəli idarə edilməsi, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulması, qeyri-neft sektorunun inkişafına təkan verilməsi və s. bu kimi məqsədlər üçün yaradılıb.

İndi ləğv olunan müəssisələrdən “Azərşüşətara” MMC 2017-ci ildə yaradılıb. Yaradılanda nizamnamə kapitalı 100 milyon manata yaxın idi. Şirkətin qanuni təmsilçisi Şaiq Mirzəyev olub. MMC-nin Müşahidə Şurasına Məhəmmədəli Əfəndiyev, İsmayıl Məmmədov, İlal Əhmədov daxil olublar. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, ev 23-dür. Adından da göründüyü kimi bu müəssisə Azərbaycanda şüşə istehsalı ilə yanaşı emal sənayesi üçün gərəkli olan taraların da istehsalını həyata keçirməliydi.

Azərbaycan Sənaye Korporasiyası” ASC-nin saytında göstərilir ki, “Azərtütün ASK” MMC “Azərbaycan Beynəlxalq Bankı”-nın kreditləri hesabına yaradılmış “İntertobaco” MMC-nin əmlakının bu korporasiyanın balansına verilməsi ilə 2017-ci ildə yaradılıb. “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, QaxŞəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə bir Tütün emalı zavodu fəaliyyət göstərir. Qurutma kameraları Bolqarıstanın “Ronis” və İtaliyanın “De Cloet”, emal zavodunun avadanlıqları isə ABŞ-ın “MacTavish Evans” və İtaliyanın “Goddiolli Bellanti” şirkətlərinin istehsalıdır. Ümumilikdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 194 daimi iş yeri vardır, mövsümdə isə 500-550 nəfər müvəqqəti işçi cəlb edilir.

Ləğv edilən “Şəki İpək İstehsalı” MMC-nin barəsində korporasiyanın saytında məlumat verilmir, hərçənd məlumdur ki, bu şirkət 2017-ci ildə 37.5 milyon manat nizamnamə kapitalı ilə təsis edilmişdi. Qanuni təmsilçisi Nizami Qəribov, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov idilər. Həmin müəssisə Beynəlxalq Bankın kreditləri hesabına açılmış “Şəki-İpək” MMC-nin bazasında yaradılıb. Korporasiyanın saytında “Azəripək” MMC-nin barəsində məlumat verilir (“Şəki-İpək” MMC-nin adının dəyişdirilməsi ilə yenidən təsis olunub), bildirilir ki, müəssisənin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.

Pambıqəyirmə istehsalatının 3 növbəli iş rejimində illik istehsal gücü 3 min ton olan mahlıc emalı, baramadan xam ipək açan istehsalat 1 növbəli iş rejimində illik istehsal gücü 350 ton yaş barama, toxucu istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 450 min p/m ipək, 400 min p/m pambıq parça, boyaq-bəzək istehsalatı 1 növbəli iş rejimində illik istehsal gücü 24 min ədəd kəlağayı, 4 min ədəd şərf və 8 min ədəd çitmə təşkil edir.

Habelə ləğv edilən “Azərpambıq” MMC də 2018-ci ildə yaradılıb. Korporasiyanın saytında göstərilir ki, şirkət pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışı ilə məşğul olur. Cəmiyyətin tərkibində 6 pambıq emalı zavodu (Şirvan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar), 7 pambıq istehsalı və tədarükü məntəqəsi (Sabirabad, İmişli, Salyan, Ağdam, Tərtər, Goranboy, Ucar), Biləsuvar rayonunda yerləşən Təcrübə-Sınaq Təsərrüfatı fəaliyyət göstərir. Şirvan Pambıq Emalı Zavodunda texniki çiyiddən yağ emal edən sex mövcuddur.

“ASK İzolit” MMC isə “Mingəçevir İzolit” şirkətinin adının dəyişdirilməsi ilə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb Elektroizolyasiya materiallarının istehsalçısı olan bu müəssisənin məhsullarından iqtisadiyyatın bir çox sahələrində geniş istifadə olunur. “Hazırda müəssisədə diametri 16 mm-dən 630 mm-dək olan polimer borular, 700 mm-dən 2000 mm-dək diametrli şüşə-plastik borular, 4mm - 32mm diametrdə və istənilən uzunluqda kompozit polimer armaturlar buraxılır. Zavodun istehsal xətlərində ayda 2,5-2,7 milyon manatlıq məhsul istehsal oluna bilər”,-korporasiyanın saytında bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Putin təsdiqlədi: Rusiyada doqquz gün qeyri-iş günü olacaq

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Ukraynanın keçmiş Baş naziri haqqında həbs qərarı

Bakıda polislə vətəndaş arasında insident - Anbaan video

Ən çox oxunanalar