Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun bandasının üzvü “Azərsu” da məxfi şöbəyə rəhbərlik edir

Xəbər verildiyi kimi uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edən, hazırda isə həbsdə olan general-mayor Nizami Şirinov onun tabeliyində işləmiş üç nəfərlə birlikdə bu gün məhkəmə qarşısına çıxarılıb. Generalla birlikdə mühakimə olunanlar Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin nəzdindəki idarələrin keçmiş rəisləri Elcan Abdullayev və Elman Tahirov, eləcə də əməliyyat müvəkkili Nadir Nəzirovdur. Təqsirləndirilən şəxslərdən yalnız general Şirinov həbsdədir.

Keçmiş MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsində baxılır. Sentyabrın 23-də məhkəmədə generalın vəkili onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkil deyir ki, Şirinov 5 il əvvəl MTN-dəki işindən çıxarılıb, təqaüddə olub: "O, istintaqa çağırılanda Türkiyədə ürək əməliyyatı keçirib. İstintaqın çağırışıyla oradakı müalicəsini yarımçıq qoyaraq geri qayıdıb. Burada daimi yaşayış yeri var. Zərərçəkmişlərə, şahidlərə təzyiq göstərmək imkanı yoxdur".

Lakin hakimlər generalın həbsdən buraxılması vəsatətinə "yox" deyib.

Digər vəkil bildirib ki, xüsusi hallarda belə, istintaq 18 aydan çox çəkə bilməz. MTN işi ilə bağlı istintaq araşdırmaları 2015-ci ilin oktyabrında başlayıb və 1 il 6 aylıq müddət 2017-ci ildə başa çatıb. Vəkilin sözlərinə görə, müvəkkili Nəzirov 2016-cı ildə də çağırılıb dindirilmişdi: "Dəyişən heç nə yoxdur. Həmin dövrün sübutlarıdır. O vaxt müvəkkilim ifadə versə də, cinayət məsuliyyətinə cəlb olunmayıb".

Müdafiəçi prosessual qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək cinayət işinin məhkəmə baxışına xitam verilməsini istəyib. Lakin bu vəsatət də təmin edilməyib.

General və keçmiş işçilərinin haqqındakı cinayət işində zərərçəkən qismində tanınanlar arasında Ali Hərbi Məktəbin keçmiş rəisi Mirzəli Yusifov da var. O, məhkəmədə sabiq MTN-çilərə qarşı 315 min dollar və 300 min manat ödənilməsi tələbi ilə mülki iddia qaldırıb. Yusifov deyir ki, 315 min dollar general və işçilərinin ondan hədələyib aldıqları puldur. 300 min manatı isə ona vurulan mənəvi ziyanın əvəzi olaraq istəyir. Məhkəmə Yusifovun mülki iddiasını icraata götürüb. Amma onun təmin edilib-edilmədiyi məhkəmə prosesinin sonunda məlum olacaq.

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Elman Tahirov hazırda "Azərsu"da məxfi şöbənin (?!-red.) rəisidir. Zərərçəkmişlərdən Rahib Ağayev isə Azərbaycan ordusunun generalı Yaşar Aydəmirovun sürücüsü olub.

***

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olmuş general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hazırlıq iclası keçirilib.

Virtualaz.org-un xəbərinə görə, məhkəməyə hakim Camal Ramazanov sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zərərçəkmiş Mirzəli Yusifovun təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırdığı məhkəmədə elan edilib. Zərərçəkmiş ona dəymiş 315 min dollar maddi ziyanın, 300 min manat isə mənəvi zərərin ödənilməsini tələb edib. Zərərçəkmişin iddiası məhkəmə icraatına qəbul olunub.

Bundan sonra N.Şirinovun müdafiəçisi müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb. Məhkəmə heyəti vəsatəti təmin etməyib.

Məhkəmə baxışı oktyabrın 7-ə təyin olunub.

***

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-kəşfiyyat Baş İdarəsinin rəisi olmuş general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi başlayır.

Məhkəməyə hakim Camal Ramazanov sədrlik edəcək.

Nizami Şirinovun həmin vəzifədə çalışdığı müddətdə qeyd edilən qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov ilə mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməsinə, xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almasına, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar