Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran “altılıq” formatında nüvə danışıqlarına yenidən başlayır... - Nəticəsi olacaqmı?

İranın nüvə silahına sahib olması Yaxın Şərqdə və Mərkəzi Asiyada hansı proseslərə yol aça bilər? ..

Politoloq: “Yenidən ABŞ prezidenti Co Bayden İranla nüvə danışıqlarına başlıyır. Burada da heç bir tərəf səmimi deyil”.

“İsrail qeyd edib ki, İran bir neçə aydan sonra nüvə silahına sahib olacaq. Əgər bu doğru xəbərdirsə, bəs İran niyə indi nüvə danışıqlarına başlayır?”.

Bu sözləri politoloq İranın “altılıq” formatında nüvə danışıqlarına başladığını elan etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

İran “altılıq” formatında nüvə danışıqlarına başlamağa hazır olduğunu qeyd edib. İran prezidenti İbrahim Rəisinin BMT-də nüvə danışıqları ilə bağlı çıxışı və bu istiqamətdə verdiyi açıqlamalar Vaşinqton və Tehran arasında nüvə danışıqlarının bərpa edilməsinə hesablanıb.

İranın nüvə sınaqları ilə bağlı İsraildən ötən həftə verilən açıqlamada isə bildirilir ki, Tehran təqribən 3 ay müddətində uranı nüvə silahı yaratmaq həddinə qədər aktivləşdirəcək. İsrail tərəfi İranın “altılıq” formatında apardığı danışıqları isə yalnız Tehranın vaxt qazanmaq cəhdi kimi qiymətləndirib. İsrail özünün əsas tərəfdaşı ABŞ-dan İranla danışıqların dayandırılmasını və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaq üşün konkret addımların atılmasını istəyir.

Rusiya mətbuatında gedən məlumatlarda isə bildirilir ki, İranın nüvə başlığına sahib olması hər bir halda yol verilməzdir və Moskva bu məlumatları çox narahatedici faktor kimi qəbul edir. ABŞ prezidenti Co Bayden isə İranla danışıqların müsbət nəticə verəcəyini istisna etmir.

Eks-prezident H. Ruhanin başlatdığı və hazırda danışıqların dayanması ilə nəticələnən prosesi yenidən canladırmaq istəyən yeni İran adminstrasiyası nə qədər səmimidir və İranın nüvə silahına sahib olması Yaxın Şərqdə və Mərkəzi Asiyada hansı proseslərə yol aça bilər?

Mövzunu PİA.az-ın əməkdaşı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə müzakirə edib.

Əhəd Məmmədli: “İran İsrailin dediyi kimi, bir neçə aydan, hətta bir neçə ildən sonra nüvə silahına sahib olacaqsa, onda bu danışıqların aparılmasının mahiyyəti nədir?”.

İranın sözdə guya İsrail və Qərblə konfliktdə olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, İranın ordusu ancaq müsəlman ölkələrdə müharibələr aparır. Buna görə də İranın nüvə silahına sahib olması müsəlman ölkələrinə, ən çox da Azərbaycana təhlükə yaradır:

ABŞ-da demokratlar hakimiyyətdə olanda, yəni Obama vaxtında İranla nüvə danışıqlar başlamışdı. Sonra ABŞ-da respublikaçılar, yəni Tramp hakimiyyətə gəldi. İsrail hakimiyyəti ilə eyni platformadan çıxış edən Tramp da “altılıq” formatı çərçivəsində ABŞ-İran danışıqlarına son qoydu və İrana qarşı ağır sanksiyalar tətbiq etdi. ABŞ prezidenti Co Bayden fəaliyyətə başladıqdan sonra İranla nüvə danışıqlarına yenidən başlıdı və bu danışıqlar İrandakı prezident seçkiləri ilə əlaqədar olaraq dayandırıldı. İndi yeni İran prezidenti ölkəsinin nüvə danıqları üçün hazır olduğunu bəyan edir.

Bəs bu danışıqların konkret nəticəsi ola bilərmi? Açıqcası mən hesab edirəm ki, danışıq aparan heç bir tərəf səmimi deyil. “Altılar” formatının iştirakçıları bu danışıqlarda daha çox imitasiya ilə məşğul olurlar. Əsasən də İran danışıqlar prosində sanksiyaların bir hissəsinin ləğvini istəyir. İqtisadi vəziyyəti həddindən artıq ağırlaşan İrana indi yeni nəfəs lazımdır. Lakin düşünmürəm ki, İran nüvə reaktorlarında işini dayandıracaq. Tehran sadəcə vaxt udmağa çalışır.

Bildiyimiz kimi İsraildən bildiriblər ki, İran bir neçə aydan sonra nüvə silahına sahib olacaq. Əgər bu doğru xəbərdirsə, bəs İran niyə indi nüvə danışıqlarına başlayır? İran İsrailin dediyi kimi, bir neçə aydan, hətta bir neçə ildən sonra nüvə silahına sahib olacaqsa, onda bu danışıqların aparılmasının mahiyyəti nədir? Ona görə də düşünürəm ki, bütün tərəflər prosesin ləğv olunması üçün deyil, prosesi ləngitmək məqsədi ilə imitasiya ilə məşğul olurlar. Misal üçün ABŞ-da düşünürlər ki, İranın nüvə proqramının ləğvi üçün bu ölkədə hakimiyyət dəyişməlidir. Lakin gördüyümüz kimi İranda hakimiyyəti dəyişmək heç də asan deyil. Rusiya və Çin isə istəyirlər ki, İranın nüvə proqramı ilə bağlı ABŞ-ın başı daha çox ağrısın. Avropa isə ümumiyyətlə nə istədiyini belə bilmir.

Əhəd Məmmədli: “İran nüvə silahına sahib olacaqsa, o zaman regionun digər əsas güc mərkəzi olan Türkiyə də nüvə silahına sahib olmalıdır. Nəhayət balansı tam təmin etmək üçün Səudiyyə Ərəbistanın da nüvə arsenalı olmalıdır”.

Məlumdur ki, İsrailin qeyri-rəsmi nüvə silahı var, onlar artıq bunu gizlətmirllər və ABŞ-da bildirir ki, İsrailin təhlükəsizliyini təmin etmək məqsədi ilə nüvə silahı onlar tərəfindən İsrailə verilib. Buna görə də, əgər məsələyə obyektiv yanaşsaq İranın da nüvə silahına sahib olmaq haqqı olmalıdır. Lakin o zaman regionun digər əsas güc mərkəzi olan Türkiyə də nüvə silahına sahib olmalıdır. Nəhayət balansı tam təmin etmək üçün Səudiyyə Ərəbistanın da nüvə arsenalı olmalıdır. Lakin bu çıxış yolu deyil və bu yol Yaxın Şərqi fəlakətə sürükləyəcək. Yəni İranın nüvə silahına sahib olması regionda daha bir neçə dövlətin nüvə silahına sahib olmasına yol aaçacaq.

Açığı İranın nüvə silahına sahib olması Rusiyanın da maraqlarına cavab vermir. Bu Moskva üçün çox ağır geosiyasi problemə çevrilə bilər. Digər tərəfdənsöhbət türk-islam maraqlarından gedərsə, İranın nüvə silahı ilə silahlanması Azərbaycanın və Türkiyənin maraqlarında deyil. Çünki İran indi Azərbaycana və Türkiyəyə qarşı dostcasına davranmır və Ermənistanın yanındadır. Hal-hazırda Ermənistanın yanında nüvə silahına sahib olan Rusiya, Fransa və dolayısı ilə ABŞ var. İran da bu ölkənin yanına keçsə nə olacaq?.

Onu da qeyd edim ki, ABŞ, Rusiya, Fransa gizli şəkildə Ermənistanın yanında olduqlarını bildirirlər. Amma İran bunu açıq şəkildə bildirir və Azərbaycana hədə-qorxu gəlir. İran sözdə guya İsrail və Qərblə konfliktdədir. Ancaq İranın ordusu ancaq müsəlman ölkələrdə müharibələr aparır. Buna görə də İranın nüvə silahına sahib olması müsəlman ölkələrinə, ən çox da Azərbaycana təhlükə yaradır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar