“Kim milyonçu olmaq istəyir?” şousunun musiqisinin müəllifi, britaniyalı bəstəkar Mettyu Strekan vəfat edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 50 yaşlı bəstəkar evində ölü tapılıb.
Strekan “Kim milyonçu olmaq istəyir?” şousuna yazdığı saundtrəkə görə, Amerika Bəstəkarlar və müəlliflər Cəmiyyətinin mükafatını qazanıb.
pia.az