Şənbə, 23 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Çıraq” platformasında hasilat dayandırıldı

Azəri-Çıraq-Günəşli yatağının illik iş proqramının bir hissəsi olaraq “Çıraq” platformasının planlaşdırılmış dayandırılması proqramını həyata keçirəcək.

“BP Azərbaycan”dan verilən məlumatda bildirilir ki, plana əsasən “Çıraq” platformasından hasilat 2021-ci il sentyabr ayının 23-dən başlayaraq təqribən 25 gün müddətinə dayandırılacaq.

Qeyd olunub ki, məqsəd planlaşdırılan profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılmasıdır. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən, məşəl uclarının dəyişdirilməsi, alışdırma sisteminin modernləşdirilməsi, ötürücü siyirtmələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.

Proqramın iş həcminin əsas hissəsini “Çıraq” qazlift layihəsinin yalnız platformanın dayandığı vaxt icra oluna bilən işləri təşkil edəcək. Bu layihə “Çırağ”ın istismar ömrünün uzadılması, hasilatın gücləndirilməsi və platformada iş prosesinin daha təhlükəsiz və etibarlı şəkildə davam etməsi üçündür.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə müntəzəm həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2020-ci ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2021-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Bakı-Tbilisi-Ceyhan, Qərb Marşrutu İxrac Boru Kəməri və Cənub Qafqaz Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. “Səngəçal” terminalı da normal işləyəcək, həmçinin “Ceyhan” və “Supsa” terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvələ uyğun davam edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Xalq artistinin bacısı koronavirusdan öldü - Foto

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi: - Video

Həyat yoldaşından Ağadadaş Ağayevin səhhəti ilə bağlı -Açıqlama

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - Video 

Eldəniz Səlimovun cinayət işi məhkəməyə göndərilib

İcra başçısının müavininin oğlanlarının göz qamaşdırıcı maşın kolleksiyası...

Bədəndəki naməlum ağrıların səbəbi tapıldı

Türkiyəli məşhurlar xəyanətə görə ayrıldı

Operatoru öldürən məşhur aktyordan ilk açıqlama

Ən çox oxunanalar