Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professor Azərbaycani: "Koronavirus bioloji silahdır" - Video

Koronavirus necə yaradıldı, kimlərin planıdır və sonumuz necə olacaq?

Əslən Cənubi Azərbaycandan olan, Almaniya “Beynəlxalq Humanitar Tibbi yardım” təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycani bu dəfəki səfərində pandemiya ilə bağlı fikirlərini bölüşüb.

Medicina.az-a video müsahibə verən professor koronavirusla mübarizənin nə ilə nəticələnəcəyini açıqlayıb.

PİA.az həmin müsahibəni təqdim edir.

“Əvvəla koronavirus yeni bir virus, xəstəlik deyil. O, 1900-cü illərdə bir neçə milyon insanın ölümünə səbəb oldu. Ondan sonra Sars, Ebola, Mers kimi epidemiyaların hamısı koronaviruslardan qaynaqlanmışdı.

Koronavirusla bəşəriyyətin sınağı çoxdan düşünülmüşdü. Hələ o vaxt birinci koronavirusdan bioloiji silah hazırlannmışdı. Bu silahla vaxtilə İraq rəhbəri Səddam Hüseyni təhdid etmişdilər. O, Amerikanın virusla bioloji müharibə təhdidi barədə gizli hərbi müşavirədə açıq-aşkar danışmışdı.

Tədqiqatlarda aşkar etdilər ki, yarasaların ayağında çox təhlükəli koronavirus növü var. 2015-ci ildə Çinin Yuhan şəhərindəki elmi laboratoriyada yarasadan bu virusu alıb, qarışqa yeyən, üzəri pulcuqlu pişik böyüklüyündə bir heyvanın virusu ilə qarışdırıb, yeni mutasiya alırlar. Sonra onun insan bədənində olan respirator virusla qarışdırırlar.

Beləliklə, ortaya çox təhlükəli, dəhşətli bir virus çıxır. Təəssüf ki, 2015-ci ildə virus əllərindən çıxır, hələ o vaxt bir neçə işçiyə yoluxur. O adamlar sonradan laboratoriyadan çıxarılır, aqibətləri də bilinmir. Çin kommunist ölkəsidir, istədiyini gizlədir.

2018-ci ildə Trampın zamanında Yuhana və əsgəri xəstəxananın elmi rəhbərləri vasitəsilə pullar ayrılır ki, bu virus daha da təkmilləşdirilsin, əllərində güclü bioloji silah olsun.

Virusu bilərəkdən laboratoriyadan sızdırıb, sınaq kimi camaatın canına salırlar. Amma virus onlar düşündüyündən təhlükəli çıxdı. Qarşını ala bilmədilər.

Bu virus çox əcaib virusdur, çox tez-tez mutasiyasını dəyişdirir. Bu virus bədəndə yatmış problemləri, xərçəng hüceyrələrini oyadır, insanları çox xəstəliklərə salır.

Təəssüf ki, koronavirus böyük qüvvələrin tamahkarlığı və insanlara hökm etmək, onları ram etmək arzusunun silahına çevrildi. O qüvvələr qazandıqca, varlandıqca, daha da qüvvətlənməkçün çarpışırlar. Mən həmişə demişəm ki, bu pandemiya yox, “plandemiyadır”.

Professorla videomüsahibəni sona qədər izləyin:

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar